Adnan Əhmədzadənin cəzası əməllərinə adekvat olacaq ANALİZ

Özünü diribaş, fərasətli iş adamı kimi təqdim edən, əslində iqtisadi diversiya ilə məşğul olan və bununla özünə milyonlarla dollar vəsait toplayan Adnan Əhmədzadənin həbs müddəti uzadılıb. Bununla bağlı Səbail rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb. Təqdimat təmin edilib və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Məlumdur ki, Adnan Əhmədzadə ötən il sentyabrda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq "Azeri Light" markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir. Söz yox ki, A.Əhmədzadənin ölkəsinə qarşı iqtisadi terror həyata keçirməsi öz ağılının və fəaliyyətinin nəticəsi olmayıb. O Azərbaycanın beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş, inam bəslənilən dövlət imicinə xələl gətirmək üçün xaricdən verilən sifariş əsasında fəaliyyət göstərib. Bu şəxs ABŞ-ın və Avropanın sanksiyalarına məruz qalan fars-molla rejiminin və Rusiyanın neftini saxta sənədlərlə xaricə daşıyıb və sözügedən ölkələrə milyonlar qazandırıb. Bəzi xarici media orqanlarında yayılan məlumatlar görə, Adnan Əhmədzadə İran neftini ofşor zonalarda yaratdığı şirkətlər və saxta sertifikatlarla xaricə daşıyaraq satıb. Onun Rusiya neftini də saxta sənədlərlə xarici bazarlara çıxarararq satışını təşkil etdiyi qeyd olunur. Təsdiq olunan fakt ondan ibarətdir ki, A.Əhmədzadə Rusiya-Ukrayna müharibəsi başlayandan neft maxinasiyaları ilə məşğul olub. Bu zaman ona müəyyən sənədlərin haırlanmasında Rusiya xüsusi xidmət orqanlarının kömək etdiyi bildirilir.

A.Əhmədzadə Rusiyanın xüsusi xidmət orqanlarının göstərişlərini yerinə yetirib

Özəl araşdırmalarımız və ipucu olan məlumatlara görə, A.Əhmədzadə Rusiyanın xüsusi xidmət orqanları ilə geniş əlaqələrə, əməkdaşlıq münasibətlərinə malik olub. Onu bu fəaliyyətə ortaq edən isə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev olduğu bildirilir. Tərəflər biri-birinə inam və etibar bəsləməklə əməkdaşlıq ediblər. Ara-sıra A.Əhmədzadə R.Mehdiyevin sifariş verdiyi şəxslərə, o cümlədən AXCP sədri Əli Kərimliyə pullar ötürdüyü şübhəsidir. Eyni zamanda A.Əhmədzadə uzun illər R.Mehdiyevin Dubaydakı nəvəsinə pullar göndərib. Bu barədə verilən məlumatda qeyd olunur ki, Adnan Əhmədzadənin şirkətlərindən biri üzərindən sabiq PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin Dubaydakı şirkətinə davamlı pul köçürmələri üzə çıxıb. Bildirilir ki, Adnan Əhmədzadə bu köçürmələrə Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu zamandan start verildiyini deyib.

Bununla belə Adnan Əhmədzadə əlavə edib ki, Ramiz Mehdiyev Prezident Administrasiyasından kənarlaşdırılandan sonra ona bu əməliyyatı dayandırması barədə yuxarıdan hər hansı bir bildiriş gəlməyib. "Ona görə də pulköçürmə əməliyyatı son zamanlara qədər davam edib" deyə Əhmədzadə bildirib. İddialara görə, A.Əhmədzadə R.Mehdiyevin Dubaydakı nəvəsinin adına 70-80 milyon ABŞ dolları civarında pul köçürüb.

Görünən odur ki, uzun illər ərzində Azərbaycanın adından istifadə edən A.Əhmədzadə Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələrə malik olub. Onun diversant kimi yetişdirilməsində də Rusiyanın rolu olub. Azərbaycan neftinə digər xam neft məhsulları ilə qarışdıraraq xarici bazarlara çıxarmaq isə yuxarıda qeyd etdiyimiz Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı terrordur. Cəzası da heç şübhəsiz əməllərinə adekvat olacaq.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə