“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb - YENİLƏNİB - FOTOLAR
Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb.
SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə xatirə fotosu çəkdirildi.
XIII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbir iştirakçılarını salamladı, Forumda aparılan müzakirələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq dedi: “Zati-aliləri, xanımlar və cənablar, sabahınız xeyir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmaqdan şərəf hissi duyuram. XIII Qlobal Bakı Forumunda burada - Bakıda görüşmək bizdə məmnunluq hissi doğurur və mən hər birinizə bu önəmli tədbirdə iştirak etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu tədbir indi xüsusilə önəmlidir. Çünki uzun illər ərzində sanki belə də olmalı imiş kimi qəbul etdiyimiz beynəlxalq münasibətlər və çoxtərəflilik sisteminin quruluşu gərginlik altındadır və bəlkə də pozulub. Beləliklə, növbəti günlərdə bizim vəzifəmiz dünyanın hansı şəkildə ola biləcəyi və olmalı olduğunu yenidən təsəvvür etmək üçün sizin təcrübəniz və müdrikliyinizdən yararlanmaqdır. Bunun üçün nostalji hisslərlə keçmişə baxmalı deyil, daha yaxşı gələcək qurmaq üçün bələdçi rolunu oynayacaq prinsiplərə sadiqliyi nümayiş etdirməliyik. Bu prosesə başlamaq üçün Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə bir yerdə olmaqdan şərəf hissi duyuruq və o, çıxışında fikirlərini bizimlə bölüşəcək. Cənab Prezident, buyurun, söz Sizindir”.
x x x
Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.
-Hörmətli xanımlar və cənablar, sabahınız xeyir. Bütün qonaqlarımızı salamlayır və Forumun bütün iştirakçılarına xoş gəlmisiniz deyirəm. İlk növbədə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun həmsədrləri xanım Vike-Freyberqaya və cənab Serageldinə, İdarə Heyətinin üzvlərinə, həmçinin Mərkəzin bütün kollektivinə bu illər ərzində nümayiş etdirdikləri yüksəksəviyyəli fəaliyyətə görə minnətdarlığımı bildirmək istərdim. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir.
Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm, bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə isə bu, çox nüfuzlu beynəlxalq tədbirdir.
Deyərdim ki, qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər.
Builki Forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.
Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik.
Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur.
Daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
Üçüncü təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur.
Zənnimcə, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur.
İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur.
Biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk.
Bəzən bunu etmək zəruridir, xüsusilə də əmin olduğunuz halda ki, haqlısınız. O zaman sizi əngəlləməyə çalışanları, maraqlarınıza xələl gətirmək istəyənləri nəzərə almamalısınız. Həmçinin hesab edirəm ki, bu, müharibə aparanlarla paylaşa biləcəyimiz daha bir təcrübədir.
Biz Ermənistanla sülhə nail olduq, - biz deyərkən Azərbaycanı nəzərdə tuturam, – israr etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq. Beləliklə, bu bir təcrübədir və bu, sadəcə, nəzəriyyə deyil, bu, bizim yaşadığımız, indi isə şahid olduğumuz bir reallıqdır. Hesab edirəm ki, mövcud münaqişələrin həlli istiqamətində çalışarkən bu məsələ mütləq nəzərə alınacaq.
Xüsusilə indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırılabilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir.
Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il - düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.
Mövcud çağırışlar kontekstində bu gün əhatə etmək istədiyim üçüncü mövzu isə bağlılıqdır. Biz görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır.
İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. Hazırda isə Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.
Bu yeni fürsətdən həqiqətən yararlanmaq olar, çünki biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Artıq qeyd etdiyim kimi, yeni istiqamət yaradacağıq, bu isə bir çox ölkə üçün faydalı olacaq. Vaxtınızı çox almamaq üçün çıxışımı burada yekunlaşdıracağam, yalnız təcrübəmizin olduğu məsələlərə və bu gün beynəlxalq gündəmin birnömrəli mövzularına toxunmaq istədim.
Son olaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığımıza qayıdaraq, bir daha onları təbrik etmək və COP29-un uğurlu keçirilməsinə verdikləri töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ondan çox panel müzakirəsi təşkil etmiş, çoxsaylı müzakirələrdə iştirak etmiş və COP29-un uğuruna fəal töhfə vermişdir.
Bu il biz daha bir vacib qlobal beynəlxalq tədbir – Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini Forumda fəal iştiraka dəvət edirəm. Ümid edirəm ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Daha sonra çıxış edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Forumun dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparılmasına geniş imkan yaratdığını qeyd edərək dedi: “İstərdim, mən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasını salamlama fikirlərinə qatılım və Sizin burada olmağınızdan məmnunluğumu ifadə edim. Eyni zamanda, biz Azərbaycan Respublikasına təşəkkürümüzü bildiririk ki, artıq 13-cü dəfədir bu Foruma ev sahibliyi edir və Prezident İlham Əliyev də çıxışında bu tədbirin əhəmiyyətini qeyd etdi. Xatırlayıram ki, bir çox il əvvəl biz bu təşəbbüsə başlayanda ideya ilə Prezident qarşısında çıxış etdik və Prezident Nizami Gəncəvinin doğum günü ilə əlaqədar tədbirə dəvət etdi və hər il bu tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi, dedi ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməlidir. Cənab Prezident bizim o vaxt keçirdiyimiz tədbirdən daha böyük tədbirlərin Azərbaycanda keçirilməsinin təşəbbüsünü irəli sürdü və hazırda bu gün miqyas doğrudan da böyükdür”.
x x x
Qeyd edək ki, artıq uzun illərdir Qlobal Bakı Forumu qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu tədbir müasir çağırışların həllinə və qlobal əməkdaşlığa əhəmiyyətli töhfələr verir.
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər.
Martın 14-dək davam edəcək XIII Qlobal Bakı Forumunda “Qlobal təhlükəsizlik və güc tarazlığı: Beynəlxalq hüquqa hörmət. Yeni məsələlər, yeni çağırışlar”, “Çoxtərəflilik böhran içində: Qlobal əməkdaşlığı yenidən düşünmək”, “BMT 80+”, “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”, “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə”, “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı”, “Afrika bu gün və sabah”, “2030 gündəliyinin sürətləndirilməsi: İnklüziv inkişaf və davamlı əlaqəlilik”, “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası”, “Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər”, “Beynəlxalq sisteminin yenidən qurulmasının axtarışında” mövzularında panellər təşkil olunacaq.
XIII Qlobal Bakı Forumunda keçiriləcək sessiyalar parçalanmış mövcud mənzərənin müxtəlif sahələrdə - hərbi güc, iqtisadi məcburiyyət, enerji asılılığı, texnoloji imkanlar, informasiya nəzarəti və strateji təchizat marşrutlarında necə təzahür etdiyini araşdıracaq. Müzakirələr, həmçinin yeni formalaşan sahələrin - kritik minerallar, təmiz enerji infrastrukturu, rəqəmsal bağlılıq və qabaqcıl texnologiyaların zəif tərəfləri necə dərinləşdirdiyini və dövlət siyasətini necə mürəkkəbləşdirdiyini nəzərdən keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Hökumətdən psixoloji yardımla bağlı YENİ QƏRAR
Sosial 02:02Mingəçevirdə 2 gəzinti qayığı toqquşub
Hadisə 01:22Basketbol millimiz beynəlxalq turnirə qatılıb
İdman 00:21Türkiyə İsrailə qarşı bu qərarı DƏSTƏKLƏDİ
Dünya 00:03Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu
İdman 8 Sentyabr 23:31Böyük Britaniya Ukraynaya 25 min dron verib - AÇIQLAMA
Dünya 8 Sentyabr 23:19Ermənistanda partiya sədrinin həbsi üç ay uzadıldı
Siyasət 8 Sentyabr 23:03İlin ən yaxşı futbolçusu adına namizədlər AÇIQLANDI- siyahıda kimlər var?
İdman 8 Sentyabr 22:31Balaxanıda yanğın olub
Hadisə 8 Sentyabr 22:19Ərdoğan Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Siyasət 8 Sentyabr 22:02Saqqızı udsanız bədəninizə nə baş verir?
Səhiyyə 8 Sentyabr 21:51Qardaş və bacısız böyüyən insanlar necə fərqlidirlər?
Sosial 8 Sentyabr 21:26Dünyaya uşağın gözü ilə baxmaq haqqında bir kolleksiya...
Dəb 8 Sentyabr 21:07Hansı qidalar beyin sağlamlığının qorunmasına kömək edir?
Səhiyyə 8 Sentyabr 20:49Belaruslular rus turistlərə qapını göstərirlər...
Dünya 8 Sentyabr 20:28Rusiya rejimi əslində nədən qorxur?
Dünya 8 Sentyabr 20:06Putinin riyaziyyata qarşı xəyalları...
Dünya 8 Sentyabr 19:51“Kreml baş verənlərə nəzarəti itirir...”
Dünya 8 Sentyabr 19:26Şəkidə istirahət mərkəzində 2 nəfər ölüb
Hadisə 8 Sentyabr 19:16İqtisadçı: Rusiyanın altı ayı qalıb...
İqtisadiyyat 8 Sentyabr 19:07“Yazda Rusiya ordusu döyüş effektivliyini tamamilə itirəcək”
Dünya 8 Sentyabr 18:49Suraxanıda 14 kq narkotik aşkarlanıb
Hadisə 8 Sentyabr 18:43Putin və Tramp bir saat telefon danışığı aparıb
Dünya 8 Sentyabr 18:36Soçi soyunma otağından...ayıb olsun..?
Dünya 8 Sentyabr 18:27Çində sel nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb
Dünya 8 Sentyabr 18:25Pensiya və müavinətlər bu tarixdə ödəniləcək
Sosial 8 Sentyabr 18:22Minatəmizləmə fəaliyyətinə dair Tələblər təsdiqlənib
Sosial 8 Sentyabr 18:12Qaç və ya gizlən: Ruslar yeni səfərbərliyə hazırlaşırlar..?
Dünya 8 Sentyabr 18:05Britaniyadan sərt qanun: İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək
Dünya 8 Sentyabr 17:57İran Hörmüz boğazında Amerika PUA-sını vurdu
Dünya 8 Sentyabr 17:55Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib
Hadisə 8 Sentyabr 17:53Səsimizə də inanmayacağıq? Süni intellekt dövründə yeni dələduzluq təhlükəsi - ARAŞDIRMA
Sosial 8 Sentyabr 17:52Yeni sədr kollektivə təqdim edildi
Sosial 8 Sentyabr 17:48Xaçmazın Çarxı kəndində növbəti səyyar qəbul keçirilib
Sosial 8 Sentyabr 17:43Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub
Sosial 8 Sentyabr 17:37Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir
Siyasət 8 Sentyabr 17:35Dişləri sərt fırçalamaq olar?
Səhiyyə 8 Sentyabr 17:22Yeni Azərbaycan Partiyası davamlı uğurlara imza atır
Siyasət 8 Sentyabr 17:22YAP Mərkəzi Aparatında görüş keçirilib
Siyasət 8 Sentyabr 17:08YAP xalqa layiqli xidmət nümunəsi yaradıb
Siyasət 8 Sentyabr 16:59Yeni Azərbaycan Partiyasının fəaliyyəti milli maraqlara əsaslanır
Siyasət 8 Sentyabr 16:58"Şəhərlərin təcrübəsi qlobal baxışa inteqrasiya olunmalıdır"
Siyasət 8 Sentyabr 16:56Yeni dövr şanlı qələbələrlə başlayıb, möhtəşəm uğurlarla davam edir
Siyasət 8 Sentyabr 16:53Xalqımız YAP-ın fəaliyyətini yüksək qiymətləndirir
Siyasət 8 Sentyabr 16:53"Azərbaycan Xəzərdə hərbi-dəniz potensialını gücləndirir" - HƏRBİ EKSPERT
Texnologiya 8 Sentyabr 16:51"Yolların mərhələli açılması sakinlərin rahatlığını təmin edəcək" - EKSPERTİN AÇIQLAMASI
Sosial 8 Sentyabr 16:17Macarıstan Rusiyanın 10 diplomatını ölkədən qovdu
Dünya 8 Sentyabr 16:17Türkiyə ilə Azərbaycan iqlim sahəsində tərəfdaşlığını davam etdiriləcək -FATMA VARANK
Siyasət 8 Sentyabr 16:11Azərbaycan 2035-ci ilədək istixana qazı emissiyalarını 40% azaltmağı hədəfləyir -ANAR QULİYEV
Siyasət 8 Sentyabr 16:07Ermənistan Rusiya mühacirətinin yeni dalğasına hazırlaşır
Siyasət 8 Sentyabr 16:06Almaniya yenidən nasistlərin nəzarətinə keçir - TƏHLİL
Siyasət 8 Sentyabr 15:58"Gənclər dövlət sosial siyasətinin əsas prioritetlərindən biridir" - SOSİOLOQ
Sosial 8 Sentyabr 15:50İrəvan Moskvaya etiraz edir
Siyasət 8 Sentyabr 15:40Xroniki yorğunluğun səbəbləri nələrdir?
Səhiyyə 8 Sentyabr 15:39Hədəflər reallığa çevrilir
Siyasət 8 Sentyabr 15:34YAP ölkəmizin inkişafında müstəsna rol oynayır
Siyasət 8 Sentyabr 15:31Yas mərasimlərinin müddəti necə tənzimlənə bilər? - İLAHİYYATÇI DANIŞDI
Sosial 8 Sentyabr 15:30Brüsselin oyunu və Ukrayna və Gürcüstan dərsləri - RAKURS
Siyasət 8 Sentyabr 15:16Süni zəka dövründə siyasi dialoqun strateji təyinatı - MÖVQE
Siyasət 8 Sentyabr 14:58Gənclər iqlim keçidində yeni imkanlardan yararlanmalı və prosesə töhfə verməlidirlər -MUXTAR BABAYEV
Siyasət 8 Sentyabr 14:53“Bu gün gələcəyinizə təsir edəcək mühüm qərarlar qəbul edilir” -MUXTAR BABAYEV
Siyasət 8 Sentyabr 14:49Mütəmadi nəzarətin aparılması gözəllik salonlarında təhlükəsiz xidmətin təminatıdır -HƏKİM
Sosial 8 Sentyabr 14:09Media və Yayım Şurasına sədr təyin edilib - SƏRƏNCAM
Sosial 8 Sentyabr 14:07“Rusiya-Ukrayna müharibəsi ilk növbədə enerji bazarlarını sarsıtdı“ -EKSPERT DANIŞDI
Siyasət 8 Sentyabr 13:51Rusiyanın müharibə xərcləri yeni rekorda çatıb
Siyasət 8 Sentyabr 13:51"Məişət tullantılarının düzgün idarə olunmaması çoxşaxəli problemdir" - EKOLOQ
Sosial 8 Sentyabr 13:40Vitkov Kiyev və Moskvadakı danışıqlar barədə...
Dünya 8 Sentyabr 13:31Lavrovun ailəsinin BƏƏ vətəndaşlığı olduğu aşkar edilib
Dünya 8 Sentyabr 13:24İran ABŞ-ı "iqtisadi müharibə" və yeni raketlə hədələyir
Dünya 8 Sentyabr 13:21PR-də strateji planlaşdırma: Uğurlu kommunikasiya necə qurulur?
Səhiyyə 8 Sentyabr 12:56"Azərbaycan–Özbəkistan qardaşlığı Türk dünyasının birliyinə mühüm töhfə verir" - MİLLƏT VƏKİLİ
Siyasət 8 Sentyabr 12:42“Baş verən sellər səbəbindən mina çirklənmələri çaylara axır” -VÜQAR SÜLEYMANOV
Siyasət 8 Sentyabr 12:36“Azərbaycan üçün rəqəmsal transformasiya yeni gündəm deyil” -MƏCNUN MƏMMƏDOV
Siyasət 8 Sentyabr 12:29“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi – FOTOLAR
Texnologiya 8 Sentyabr 12:20Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik
Səhiyyə 8 Sentyabr 11:42İsrailin ifrat sağçı nazirləri Qəzzanın "əhalisinin çıxarılmasını" açıq müzakirə edir
Dünya 8 Sentyabr 11:39Tarixi abidələri, təbiət abidələrini və tikililəri qorumaq hər birimizin borcudur -SOSİOLOQ
Sosial 8 Sentyabr 11:29“Bakı İqlim Həftəsi 2026” aqrar çağırışların həlli üçün mühüm platformadır -TAHİR RZAYEV
Siyasət 8 Sentyabr 11:24“Azersun Holding” markaları uşaqları “Yenidən məktəbə” festivalına dəvət edir
Sosial 8 Sentyabr 11:04“Kənd təsərrüfatında iqlim davamlılığı fermerə qədər çatmalıdır" -MUXTAR BABAYEV
Siyasət 8 Sentyabr 11:02Biz daha güclü və iqlimə davamlı ərzaq sistemləri qurmaq imkanına sahibik -MUXTAR BABAYEV
Siyasət 8 Sentyabr 10:59İqlimədavamlı aqrar istehsal modelinin inkişafı gücləndiriləcək -MƏCNUN MƏMMƏDOV
Siyasət 8 Sentyabr 10:52Ukraynanın Baş prokuroru istefa verdi
Dünya 8 Sentyabr 06:05Tiflisdə tramvay xətləri yenidən bərpa olunur- QƏRAR
Dünya 8 Sentyabr 05:04Rusiyada iki təyyarə toqquşub
Dünya 8 Sentyabr 03:04Xırdalanda yanğın olub
Hadisə 8 Sentyabr 02:22Azərbaycanda şəhid anası vəfat edib
Sosial 8 Sentyabr 02:03Bu gün 2 rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ
Sosial 8 Sentyabr 01:22Türkiyədə ağır yol qəzası - 4 ölü, 8 yaralı...
Dünya 8 Sentyabr 01:03"Bu ölkə ilə birgə layihələr portfeli 5 milyard dolları ötüb" - Baş nazirin müavini
İqtisadiyyat 8 Sentyabr 00:22Özəl xəbərlər
Digər xəbərlərBritaniyadan sərt qanun: İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək
Dünya 8 Sentyabr 17:57İran Hörmüz boğazında Amerika PUA-sını vurdu
Dünya 8 Sentyabr 17:55Səsimizə də inanmayacağıq? Süni intellekt dövründə yeni dələduzluq təhlükəsi - ARAŞDIRMA
Sosial 8 Sentyabr 17:52Dişləri sərt fırçalamaq olar?
Səhiyyə 8 Sentyabr 17:22"Azərbaycan Xəzərdə hərbi-dəniz potensialını gücləndirir" - HƏRBİ EKSPERT
Texnologiya 8 Sentyabr 16:51"Yolların mərhələli açılması sakinlərin rahatlığını təmin edəcək" - EKSPERTİN AÇIQLAMASI
Sosial 8 Sentyabr 16:17
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



