“Dünya yeni çağırışlar qarşısındadır” - Şarl Mişel

“Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərqdə davam edən münaqişələr beynəlxalq hüquq və demokratik prinsiplərə ciddi zərbə vurur. Eyni zamanda Avropa İttifaqında dövlət borcu, iqtisadi artım və investisiya sahələrində problemlər müşahidə olunur. Dünya sürətlə rəqəmsallaşma mərhələsinə keçir və bu prosesdə bir çox ölkələr Çin və digər tədarük zəncirlərinə asılı vəziyyətə düşür”.

SİA xəbər verir ki, bu fikirləri Avropa Şurasının fəxri prezidenti, Belçikanın Baş naziri (2014–2019) Şarl Mişel XIII Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.

Ş. Mişel bildirib ki, qlobal əməkdaşlığın və təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi yeni reallıqlara uyğunlaşmaq üçün vacibdir: “Rəqəmsallaşma və tədarük zəncirlərinin şaxələndirilməsi dünya iqtisadiyyatının dayanıqlılığı üçün prioritetdir. Artıq Qərb və Çin resurslarından asılılıq dövrü başa çatır. Yeni dövrdə daha müstəqil və dayanıqlı iqtisadi sistem qurmaq əsas hədəfdir”.

O vurğulayıb ki, Avropa İttifaqı ilə ABŞ arasında ənənəvi əməkdaşlıq münasibətləri də yenidən formalaşmalıdır: “Bu münasibətlərin yenilənməsi milli qanunvericilikdə, tənzimləmə mexanizmlərində və innovasiya siyasətində özünü göstərəcək. Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq isə qlobal dəyişikliklərin əsas istiqamətlərindən biridir”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə