"Hər zaman aparılan kadr siyasəti ölkənin yeni çağırışlara uyğunlaşmasının mühüm addımlarından biridir. Təbii ki, bu, ölkə prezidentinin məqsədyönlü daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir".
Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, müasir dövrdə dövlət qarşısında duran əsas vəzifələrdən biri yeni çağırışlara uyğunlaşmaqdır: " Bunun üçün gənc, dinamik, peşəkar və yüksək ali təhsilli şəxslərin dövlət idarəetmə orqanlarında təmsil olunması günün tələbidir.
Cənab prezidentin həyata keçirdiyi yeni təyinatlar və kadr siyasətinə göstərdiyi xüsusi diqqət Azərbaycan dövlətinin yeni dövrdə formalaşan daxili və xarici siyasət vizionuna uyğunlaşmasını təmin edir. Yeni təyinatlar ölkənin gələcək inkişaf strategiyasının əsas prinsiplərini təşkil edir. Azərbaycanın rolu artıq yalnız enerji resurslarının satışı ilə məhdudlaşmır; ölkəmiz nəqliyyat kommunikasiyaları və yeni texnologiya imkanlarının inkişaf etdiyi regionlarda da önəmli bir mövqeyə sahibdir.
Bütün bu addımlar Azərbaycan dövlətinin milli maraqları baxımından strateji əhəmiyyət kəsb edir. Dövlət gələcək strategiya vizionunu - 2040, 2050 və 2060-cı illəri əhatə edən perspektivi - nəzərə alaraq indidən kadr siyasətinə xüsusi diqqət yetirməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB