Əbu-Dabidən Bakıya həyata keçirilən reys Əbu-Dabiyə geri qayıdır

"Air Arabia Abu Dhabi" aviaşirkətinə məxsus Əbu-Dabi–Bakı marşrutu üzrə həyata keçirilən ADY 730 nömrəli reys hava məkanının bağlanması ilə əlaqədar olaraq hava gəmisinin kapitanı tərəfindən geri dönmə qərarı qəbul edilib.

Bu barədə SİA -ya Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Bildirilib ki, qərara əsasən, reys marşrut üzrə hərəkətini dayandıraraq bazası olan Əbu-Dabi Beynəlxalq Aeroportuna geri qayıdır. Qərar uçuş təhlükəsizliyinin prioritetliyi prinsipi əsas götürülərək qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə