"TRIPP Gürcüstan da daxil olmaqla bütün region üçün faydalı olacaq" - Türkiyə rəsmisi
Azərbaycan Ermənistanla münasibətləri normallaşdırdıqca Türkiyə də rəsmi İravanla əlaqələri inkişaf etdirəcək.
SİA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin Milli Məclisdə keçirilən onuncu üçtərəfli iclasında deyib.
Komitə sədri vurğulayıb ki, Türkiyə bütün qonşularla münasibətləri inkişaf etdirməkdə maraqlıdır:
“Bundan başqa, Azərbaycanla əlaqələrimiz getdikcə dərinləşməkdədir. Cənubi Qafqazda sülh və sabitlik Türkiyə üçün prioritetdir. Uzun müddətdən sonra biz bölgədə sülhə nail olmuşuq. Türkiyə Azərbaycan və Ermənistan arasındakı əlaqələri dərinləşməsinin dəstəkləyir. TRIPP layihəsi də regionumuz üçün yeni iqtisadi imkanlar yaradacaq. Layihə Gürcüstan da daxil olmaqla bütün region üçün faydalı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB