"Azərbaycan ilə Serbiya arasındakı münasibətlər artıq normal əməkdaşlıq mərhələsindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, iki ölkə arasında əlaqələr siyasi, iqtisadi, hərbi və ideoloji baxımdan bir-birini tamamlayan, qarşılıqlı maraqlara əsaslanan xarakter daşıyır: "Qarabağ məsələsində Serbiya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və beynəlxalq platformalarda ölkəmizin mövqeyinə mənəvi və siyasi dəstək göstərib. Eyni şəkildə, Azərbaycan da Kosovo məsələsində Serbiyanın ərazi bütövlüyünü və təhlükəsizliyini dəstəkləyir. Bu qarşılıqlı prinsipial mövqe iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir.
Digər tərəfdən, Azərbaycan və Serbiya arasında Avropa və Qafqaz regionları üzrə iqtisadi əməkdaşlıq imkanları genişdir. Azərbaycan üçün Serbiya Avropaya açılan mühüm qapılardan biridir və bu, ölkəmizin Avropadakı təsir imkanlarını artırır.
Eyni zamanda, enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi çıxış edir. Bu əməkdaşlıq həm iqtisadi, həm də strateji baxımdan hər iki ölkə üçün faydalıdır.
Bütövlükdə, Azərbaycan–Serbiya münasibətləri artıq siyasi və iqtisadi tərəfdaşlıq müstəvisində daha da dərinləşir və sistemli əməkdaşlıq istiqamətində inkişaf edir. Bu isə gələcəkdə əlaqələrin daha da möhkəmlənəcəyini göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB