"Münxen Təhlükəsizlik Konfransı (MSC 2026) çərçivəsində aparılan panel müzakirələri və Prezident İlham Əliyevin nümayiş etdirdiyi strateji mövqe, Azərbaycanın regional gücdən qlobal geoiqtisadi qovşağa çevrilməsi prosesinin həlledici mərhələsidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Trans-Xəzər Orta Dəhlizi və TRIPP (Trump Route for International Peace and Prosperity) kimi meqa-layihələrin reallaşması Cənubi Qafqazın geosiyasi balansını fundamental şəkildə dəyişərək, regionu rəqabət meydanından ortaq rifah zonasına transformasiya edir. Bu layihələr Azərbaycanı sadəcə enerji resurslarının ixracatçısı deyil, həm də Avrasiyanın nəqliyyat və logistika memarı statusuna yüksəldir ki, bu da rəsmi Bakının beynəlxalq münasibətlər sistemindəki diplomatik manevr imkanlarını və həlledici səs hüququnu misilsiz dərəcədə artırır. Bu yeni reallıq kontekstində Azərbaycan–Ermənistan sülh prosesi artıq subyektiv siyasi iradələrdən daha çox, obyektiv iqtisadi zərurətlərə əsaslanmağa başlayır. TRIPP layihəsi vasitəsilə ABŞ-ın və digər qlobal oyunçuların regionun nəqliyyat arxitekturasına birbaşa inteqrasiya olunması, Ermənistanın illərdir davam edən strateji təcridindən qurtulması üçün yeganə real çıxış yolunu məhz Azərbaycanın şərtlərini qəbul etməkdə və suverenliyin qarşılıqlı tanınmasında tapmasına rəvac verir. Uzunmüddətli sabitliyin real zəmanəti də məhz budur: qlobal ticarət dövriyyəsinin və mühüm iqtisadi arteriyaların bu regiondan keçməsi, sülhü sadəcə bir seçim deyil, bütün beynəlxalq aktorlar üçün qorunması vacib olan kollektiv marağa çevirir. Beləliklə, Bakının təşəbbüskarı olduğu nəqliyyat strategiyası Ermənistandakı revanşist meyillərin qarşısında ən güclü "iqtisadi sipər" rolunu oynayır və Cənubi Qafqazda müharibə ehtimalını qlobal iqtisadiyyata qarşı təhdid səviyyəsinə yüksəldərək sülhü sığortalayır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB