DYP aeroport yolunda yaranacaq məhdudiyyətlərə görə hərəkət iştirakçılarına təkrar müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sabahdan aeroport yolunun bir hissəsində tətbiq olunacaq məhdudiyyətlərlə bağlı hərəkət iştirakçılarına təkrar müraciət edib.
Bu barədə SİA-ya idarədən məlumat verilib.
Bildirilib ki, fevralın 14-15-də paytaxtın ("Buta Palace"in yaxınlığı) elektron məlumat-sürət tablolarının yenisi ilə əvəz edilməsi məqsədilə həyata keçiriləcək işlərlə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.
Məhdudiyyət fevralın 14-ü saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində, fevralın 15-i qeyd edilən saatlarda isə "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.
DYP əməkdaşları Mərdəkan şosesindən gələn sürücüləri Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndirəcək.
Bundan əlavə, sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB