"TRIPP dəhlizini reallığa çevirməklə yanaşı, onun potensialını da artırdı" - ŞƏRH EDİLDİ

"2-ci Qarabağ müharibəsində əldə olunan nailiyyətlər Azərbaycanın siyasi mövqeyini gücləndirib, həmçinin sülh təşəbbüslərində qalib rolunu möhkəmləndirib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də razılaşdırılmış məsələlər TRIPP dəhlizini reallığa çevirməklə yanaşı, onun potensialını da artırdı: "Azərbaycan vasitəsilə Ermənistana daşınan yüklər, satılan neft məhsulları və açılan transit xətləri qonşu ölkələrlə əməkdaşlığı gücləndirir, nəqliyyat müddətlərini azaldır və gəlirləri artırır. Yeni ticarət və investisiya imkanları yaranır. Xarici investorlar üçün sabit nəqliyyat əlaqələri daha cəlbedici olur. Bu iqtisadi inteqrasiya qonşu ölkələrlə əlaqələri dərinləşdirir, ticarət şəbəkələrini möhkəmləndirir və regionda sabitliyi gücləndirir. Diplomatik münasibətlər də inkişaf edir.

Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı, məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bunun baş verməsi həm Ermənistanın sabitliyini gücləndirər, həm də regionda uzun illər yox olmuş əməkdaşlıq və əlaqələrin inkişafına şərait yaradardı".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə