Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər.
SIA xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.
-Hörmətli cənab Vitse-prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Cənab Vitse-prezidenti Azərbaycanda rəsmi səfərdə salamlamaq bizim üçün böyük şərəfdir. Bu gün bizim ikitərəfli gündəliyin bir çox məsələlərini əhatə edən əla söhbətimiz oldu. Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.
Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik.
Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.
Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir.
Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri, imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir. Cənab Vitse-prezident, xoş gəlmisiniz.
x x x
-Təşəkkür edirəm Prezident Əliyev. Mən ABŞ Prezidentinin şəxsən Sizə, eləcə də Azərbaycan xalqına ən səmimi salamlarını çatdırmaq istəyirəm. Düşünürəm ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur. Fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik.
Düşünürəm ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq. Burada - Azərbaycanda danışmaq və elan etmək üçün çox məsələlər var.
Fikrimcə, biz burada baş verən bəzi əla məsələlər haqqında bütün günü danışa bilərdik. Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik. Biz fərəhlə elan edirik və düşünürəm ki, mən Azərbaycanın iki hissəsini birləşdirəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu ilə bağlı gələn ilk şəxs oldum.
Ümidimiz Azərbaycan ilə Ermənistan arasında həqiqətən inanılmaz sülh sazişinin dayanıqlı olmasını mümkün edəcək iqtisadi, təbii sərvətlər, əsas minerallarla bağlı əməkdaşlığın qurulmasıdır. Bilirik ki, toqquşmanın qarşısını alacaq və müharibələrə imkan verməyəcək mühüm məsələlərdən biri iki xalq arasında qarşılıqlı mədəni mübadilələrdir. Onlar birgə çalışanda böyük əmin-amanlıq yaranır və bir-biri ilə mübarizə aparmır.
Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. Bu gün mən Ermənistanda idim. Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin liderliyi olmasaydı, biz sülh sazişinə nail ola bilməzdik. Düşünürəm ki, üç şəxs tarixi sülhü yaratdı. Bu ölkənin Prezidenti, Ermənistanın Baş naziri və əlbəttə, ABŞ Prezidenti birgə işləyərək, əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar. Düşünürəm ki, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir. Bu məsələlərdə ABŞ Prezidenti xarici siyasətimizi qurur. Bir halda ki, biz ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə biz bir-birimizlə vuruşmalıyıq?!
Fikrimcə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar.
Düşünürəm ki, bu, ABŞ Prezidentinin missiyasının və xarici siyasətinin özəyidir. Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik. Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək.
Şəxsən öz tərəfimdən qeyd edim ki, mən burada olmaqdan çox şadam. Enişdən əvvəl işçilərimə deyirdim ki, Prezident Tramp kimi Prezident Əliyev də dünyada türklər və israillilər ilə həqiqətən yaxşı münasibətlərə malikdir.
Həmçinin birincisi, burada yeməklər çox ləziz olmalıdır. İkincisi isə ölkə başçısı həqiqətən cəlbedici şəxsdir. Mən təsdiqləyə bilərəm ki, o, çox cəlbedicidir. Bir az sonra biz yeməkləri dadacağıq və əminəm ki, o da ləziz olacaq.
İcazə verin, həmçinin qeyd edim ki, ikinci xanım və mən bu gün axşam ziyafətdə iştirak etməkdən çox məmnunuq. Belə başa düşürəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Prezidentin həyat yoldaşıdır və ümid edirəm ki, bu, ikinci xanımı hər hansı başqa bir fikrə gətirmir. Mən bunları şəxsən öz tərəfimdən, eləcə də böyük xalqlarımızın dostluğu baxımından söyləmək istəyirəm. Burada olmaqdan çox böyük şərəf hissi duyuram və müzakirəni davam etdirməkdən çox məmnunam.
Tanrı sizi qorusun. Çox sağ olun.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
MAQATE Suriya ilə bağlı qərarını AÇIQLADI
Dünya 04:06Estoniyada yeni müdafiə naziri açıqlandı
Dünya 02:02Ərdoğan və Tom Barrak arasında kritik GÖRÜŞ
Dünya 01:20Gələn il üçün Azərbaycanda neft hasilatı proqnozu açıqlandı
İqtisadiyyat 00:23Sahil Babayev Dünya Bankının regional direktoru ilə görüşüb
İqtisadiyyat 9 Sentyabr 23:31"Fənərbağça" bu futbolçunu icarəyə verdi
İdman 9 Sentyabr 23:19Bakıda Hərbi Kollecin kursantı vəfat edib
Sosial 9 Sentyabr 23:03"Əla komandadır" - "Mançester Yunayted"in baş məşqçisi "Sabah"dan danışdı
İdman 9 Sentyabr 22:31Baş nazirdən gömrükdən keçirilən avtomobillərlə bağlı yeni QƏRAR
İqtisadiyyat 9 Sentyabr 22:19"Təyyarə qəzası məsələsinin nizamlanması Bakı və Moskvanın..." - Səfirdən AÇIQLAMA
Siyasət 9 Sentyabr 22:02Ruslar xaricə daha az uçmağa başlayıblar və...
Turizm 9 Sentyabr 21:51Mercedes üzən SUV yaradır...
Texnologiya 9 Sentyabr 21:28Geyimlər: Billi Eilish “Anna October”, Dayan Parri “Dukachi” filmində…
Dəb 9 Sentyabr 21:06Ekspertlər: Müasir süni intellektlər cazibədar ola bilər...
Texnologiya 9 Sentyabr 20:49Hindistan kömür hasilatını artırmağa başlayıb...
İqtisadiyyat 9 Sentyabr 20:28YAP siyasi sistemin aparıcı qüvvəsidir
Siyasət 9 Sentyabr 20:26“Baku Steel Company” QSC açıq tender elan edir
Sosial 9 Sentyabr 20:16Qırğızıstan ruslar üçün giriş qaydalarını sərtləşdirir...
Dünya 9 Sentyabr 20:07“Qələbə yaxındır”..?
Dünya 9 Sentyabr 19:49Azərbaycana idxal edilən şərab üçün gömrük rüsumu dəyişib
İqtisadiyyat 9 Sentyabr 19:38Meğri meri də daxil olmaqla 8 nəfər rüşvət ittihamı ilə saxlanılıb
Dünya 9 Sentyabr 19:34Kremlın etirafı...
Dünya 9 Sentyabr 19:27Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Siyasət 9 Sentyabr 19:12“Putin Üçüncü Reyxin etdiyi səhvi edir...”
Dünya 9 Sentyabr 19:06“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Siyasət 9 Sentyabr 18:56Almaniyanın “AfD” partiyası Putin Rusiyasını niyə “dost” hesab edir?
Dünya 9 Sentyabr 18:51Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
Dünya 9 Sentyabr 18:42Sahibə Qafarova Xəlilur Rəhmanla görüşüb.
Siyasət 9 Sentyabr 18:39İki fərqli şəkil...
İqtisadiyyat 9 Sentyabr 18:34Amerika nəşri Rusiyanın dörd və ya beş ştata bölünməsini təklif edir...
Dünya 9 Sentyabr 18:17Rusiyada əmək haqqı düşməyə başlayıb...
Sosial 9 Sentyabr 18:05“Atəşgah” tibbi sığorta imkanlarını genişləndirib
İqtisadiyyat 9 Sentyabr 17:58Qətl törədən şəxsə hökm oxunub
Sosial 9 Sentyabr 17:43Hər bir nailiyyət gələcəyə sərmayədir
Siyasət 9 Sentyabr 17:43Yeni Azərbaycan Zəfər zirvəsindədir!
Siyasət 9 Sentyabr 17:36Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Siyasət 9 Sentyabr 17:29Yağışda avtomobil nömrəsini itirənlər nə etməlidir?
Siyasət 9 Sentyabr 17:05Azərbaycanın qarşısında yeni perspektivlər açılıb
Siyasət 9 Sentyabr 16:30İnkişafın Azərbaycan nümunəsi inkaredilməz reallıqdır
Siyasət 9 Sentyabr 16:25Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları milli sərvətimizdir
Siyasət 9 Sentyabr 16:15Qalib və qüdrətli Azərbaycan reallığı
Siyasət 9 Sentyabr 16:07Çoxəsrlik dövlətçilik tariximizin yeni şanlı səhifələri yazılır
Siyasət 9 Sentyabr 16:01Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub
Siyasət 9 Sentyabr 15:46Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
İqtisadiyyat 9 Sentyabr 15:41Çoxşaxəli islahatlar Azərbaycanın yüksəlişinə xidmət edir
Siyasət 9 Sentyabr 15:40Ümumxalq partiyası bütün sınaqlardan şərəflə çıxıb
Siyasət 9 Sentyabr 15:31PR planlaşdırmasında GHOST modeli: məqsəddən konkret fəaliyyətə qədər
Səhiyyə 9 Sentyabr 14:558 Sentyabr – Ümumdünya Fizioterapiya Günüdür
Səhiyyə 9 Sentyabr 14:51Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
Mədəniyyət 9 Sentyabr 14:04Xəbər saytlarının reytinqini ölçən sistemlər nə dərəcədə obyektivdir?! -EKSPERT
Siyasət 9 Sentyabr 13:37Boşanma zamanı uşağın valideynə göstərilməməsi hansı qanunlarla tənzimlənir? -HÜQUQŞÜNAS
Siyasət 9 Sentyabr 13:31“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sosial 9 Sentyabr 13:15Tramp sülh danışıqlarını bərpa edə biləcəkmi? - Dünya mediası
Siyasət 9 Sentyabr 13:02BMT yeni dünya xəritəsinin tətbiqini dəstəklədi: Afrikanın əsl ölçüsü göstəriləcək
Dünya 9 Sentyabr 12:47Misirdə tanınmış teleaparıcı edam cəzasına məhkum edildi
Dünya 9 Sentyabr 12:44“Toksik münasibətdən gedə bilməmək yalnız iradə zəifliyi ilə bağlı deyil” - PSİXİATR AÇIQLADI
Sosial 9 Sentyabr 12:38Soyğunçuların qurbanı - Muzeylər
Hadisə 9 Sentyabr 12:35Yeni müharibə ocağı yaranır - TƏHLİL
Siyasət 9 Sentyabr 12:34Azercell ilk yeni nəsil diler mağazasını istifadəyə verir
Sosial 9 Sentyabr 12:27Türkiyə "Polad Günbəz"i genişləndirməyi planlaşdırır
Dünya 9 Sentyabr 12:14Husilərin Səudiyyə Ərəbistanına hücumu
Dünya 9 Sentyabr 12:12İlham Əliyev: Cənubi Qafqazda artıq müharibədən deyil, sülhdən danışırıq -DEPUTAT DANIŞDI
Siyasət 9 Sentyabr 10:47“Azərbaycan regionda davamlı sülhü, təhlükəsizliyi və əməkdaşlığı prioritet sayır” -MİLLƏT VƏKİLİ
Siyasət 9 Sentyabr 10:41ABŞ Kanada mallarının bir hissəsinin idxalını qadağan edir
Dünya 9 Sentyabr 09:36Rusiya müharibənin başlanğıcından bəri 1,5 milyondan çox əsgər itirib
Dünya 9 Sentyabr 09:35Ukrayna-Moldova keçid məntəqəsi hücuma görə fəaliyyətini dayandırdı
Dünya 9 Sentyabr 09:33İnsanlar niyə əvvəlkindən az kitab oxuyur? Telefonlar mütaliə vərdişimizi dəyişibmi? - ARAŞDIRMA
Sosial 9 Sentyabr 09:32Avropa Birliyi Rusiyadan qorunmaq üçün Ukraynaya 3,2 milyard dollar ayıracaq
Dünya 9 Sentyabr 02:25Hökumətdən psixoloji yardımla bağlı YENİ QƏRAR
Sosial 9 Sentyabr 02:02Mingəçevirdə 2 gəzinti qayığı toqquşub
Hadisə 9 Sentyabr 01:22"Real " "İnter,"ə, "Mançester Siti" "Portu"ya qalıb gəlib- YENİLƏNİB
İdman 9 Sentyabr 01:20"Bu, üzücüdür" - Kanadanın Baş nazirindən ABŞ açıqlaması
Dünya 9 Sentyabr 01:03Basketbol millimiz beynəlxalq turnirə qatılıb
İdman 9 Sentyabr 00:21Türkiyə İsrailə qarşı bu qərarı DƏSTƏKLƏDİ
Dünya 9 Sentyabr 00:03Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu
İdman 8 Sentyabr 23:31Böyük Britaniya Ukraynaya 25 min dron verib - AÇIQLAMA
Dünya 8 Sentyabr 23:19Ermənistanda partiya sədrinin həbsi üç ay uzadıldı
Siyasət 8 Sentyabr 23:03İlin ən yaxşı futbolçusu adına namizədlər AÇIQLANDI- siyahıda kimlər var?
İdman 8 Sentyabr 22:31Balaxanıda yanğın olub
Hadisə 8 Sentyabr 22:19Ərdoğan Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Siyasət 8 Sentyabr 22:02Saqqızı udsanız bədəninizə nə baş verir?
Səhiyyə 8 Sentyabr 21:51Qardaş və bacısız böyüyən insanlar necə fərqlidirlər?
Sosial 8 Sentyabr 21:26Dünyaya uşağın gözü ilə baxmaq haqqında bir kolleksiya...
Dəb 8 Sentyabr 21:07Hansı qidalar beyin sağlamlığının qorunmasına kömək edir?
Səhiyyə 8 Sentyabr 20:49Özəl xəbərlər
Digər xəbərlərYağışda avtomobil nömrəsini itirənlər nə etməlidir?
Siyasət 9 Sentyabr 17:05Xəbər saytlarının reytinqini ölçən sistemlər nə dərəcədə obyektivdir?! -EKSPERT
Siyasət 9 Sentyabr 13:37Boşanma zamanı uşağın valideynə göstərilməməsi hansı qanunlarla tənzimlənir? -HÜQUQŞÜNAS
Siyasət 9 Sentyabr 13:31BMT yeni dünya xəritəsinin tətbiqini dəstəklədi: Afrikanın əsl ölçüsü göstəriləcək
Dünya 9 Sentyabr 12:47
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



