Azərbaycan XİN-də Slovakiya ilə ikitərəfli əməkdaşlığın inkişafı müzakirə edilib

Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov və Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin yeni direktoru Məmməd Talıbov ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

SİA-nın məlumatına görə, bu barədə səfir "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin yeni direktoru Məmməd Talıbovla görüşməkdən məmnun oldum. Müzakirələr ikitərəfli əməkdaşlığın gələcək inkişafına həsr olunmuşdu", - diplomat yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə