Hindistan Rusiya neftindən imtina edir FOTO

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə söhbəti zamanı onu Rusiya neftini almağı dayandırmağa inandıra bildiyini açıqlayıb: “O, Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan və potensial olaraq Venesueladan daha çox neft almağa razı oldu. Bu, Ukraynadakı müharibənin bitməsinə kömək edəcək."

ABŞ Prezidenti əlavə edib ki, Hindistan idxalına ticarət tarifləri tədricən azaldılacaq. Onlar 25%-dən 18%-ə düşəcək. Yeni Dehli isə öz növbəsində Amerika idxalına tarifləri və ticarət maneələrini tamamilə aradan qaldıracaq və ABŞ-dan 500 milyard dollar dəyərində enerji və kənd təsərrüfatı məhsulları alacaq.

Narendra Modi sosial mediada ABŞ ilə əldə edilən razılaşmadan məmnun olduğunu və "tərəfdaşlığımızı görünməmiş yüksəkliklərə qaldırmaq" arzusunu ifadə etdiyini yazıb. Lakin o, Rusiya neftinin alışının dayandırılmasından heç bir söz deməyib.

Hindistan parlamenti Vaşinqton və Yeni Dehli arasında razılaşma xəbərinə ehtiyatla reaksiya verib. Konqres ticarət razılaşmasının, əsasən üç aspekt üzrə tam açıqlanmasını tələb edib: Rusiya neftinin alışının dayandırılması, idxal tariflərinin sıfıra endirilməsi və kənd təsərrüfatı bazarının açılması.

"Times of India" qəzetinin məlumatına görə, müxalifət lideri Rəsul Qandi Modiyə təzyiq göstərildiyini iddia edir. Ağ Evin Hindistan liderini şantaj etmək üçün istifadə etdiyi məlumatlara sahib olması mümkündür.

Qeyd edək ki, Hindistan Rusiya neftinin ən böyük idxalçılarından biridir. 2025-ci ildə tədarük yüksək olaraq qalıb və orta hesabla gündə təxminən 1,7-1,9 milyon barel təşkil edib. Rusiya Hindistanın neft idxalının 30%-ni ödəyib. Hindistanın neft naziri Hardip Purinin sözlərinə görə, bu gün tədarük bir qədər azalaraq gündə 1,3 milyon barelə düşüb.

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə