“Gənclərlə işdə yeni çağırışlara uyğun yanaşmalar formalaşdırılmalıdır” - Hikmət Babaoğlu
“Uzun illərdir ki, ölkəmizdə gənclərlə bağlı tədbirlər keçirilir, gənclərlə görüşlər təşkil olunur, birgə sənədlər imzalanır və dövlətin gənclər siyasəti ardıcıl şəkildə inkişaf etdirilir. Bu siyasətin davamlılığının əsasını isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən gənclərə verilən açıq və səmimi mesaj təşkil edir: "Əziz gənclər, mən sizinlə ədalətli rəqabətə, sağlam əməkdaşlığa hazıram’”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin formalaşdırdığı gənclik artıq dövlət idarəçiliyində, ictimai-siyasi həyatda və müxtəlif qərarvermə platformalarında fəal iştirak edir və tarix qarşısında özünü sübut etmişdir: “Lakin bu proseslə kifayətlənmək olmaz. Qarşıdakı 30 il üçün gənclərlə iş sahəsində yeni yanaşmalar formalaşdırılmalı, varislik prinsipi qorunmalı və gənclər siyasəti davamlı inkişaf etməlidir”.
Hikmət Babaoğlu vurğulayıb ki, müasir gənclik iki paralel mühitdə formalaşır – real cəmiyyət və virtual məkan: “Əgər 1990-cı illərdə gənclər əsasən bir ictimai mühitdə yaşayırdılarsa, bu gün gənclər həm real həyatda, həm də sosial şəbəkələr üzərindən formalaşan fərqli münasibətlər sistemində mövcuddur. Bu isə yeni çağırışlar yaradır”.
Deputat qeyd edib ki, gələcəkdə gənclərlə iş planlaşdırılarkən informasiya mühitində düzgün davranış, sosial şəbəkələrdə məsuliyyətli mövqe, milli maraqların qorunması və tənqidi düşüncə bacarıqlarının inkişafı prioritet olmalıdır: “Azərbaycan təhsil sistemində həyata keçirilən dərin islahatlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni təlim və təhsil modeli praktiki biliklər, həyat bacarıqları və müasir çağırışlara uyğun yanaşmaları əhatə etməlidir”.
Deputat həmçinin gənclərin sosial şəbəkə etikası, rəqəmsal davranış qaydaları, sosial mediada hüquq və hüquq pozuntuları mövzusunda maarifləndirilməsinin vacibliyini vurğulayıb: “Gənclər həm real cəmiyyətdə, həm də virtual məkanda ictimai məsuliyyəti dərk etməli, davranışlarının nəticələrini anlamalıdırlar. Bu, həm gənclərə göstərilən etimadın ifadəsi, həm də gələcək inkişafın möhkəm təməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB