Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı “İslam Həsənzadə küçəsi 20” ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Partiya üzvləri Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.Yığıncaqda ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsi dinlənilib. Ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.Partiya üzvlərinin səsverməsi ilə Bayramov Aqil Cabbar oğlu yenidən “İslam Həsənzadə küçəsi 20 ” ərazi təşkilatının sədri, Ağayeva Faiqə Faiq qızı isə sədrin müavini seçilib.
Sonda YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.
İlqar
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB