“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası xüsusi strateji əhəmiyyətə malik tədbirdir” - ŞƏRH OLUNDU
“Son illər Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək peşəkarlıq və təşkilati bacarıqla ev sahibliyi etmişdir. Bu tədbirlərin uğurla həyata keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına, qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, müxtəlif sahələri əhatə edən bu beynəlxalq platformalar Azərbaycanın dünya arenasında fəal iştirakını və diplomatik potensialını aydın şəkildə nümayiş etdirir:
“Xüsusilə COP29 kimi qlobal əhəmiyyət daşıyan mötəbər tədbirə ev sahibliyi Azərbaycanın bu sahədə formalaşdırdığı zəngin beynəlxalq təcrübənin bariz nümunəsidir. Belə tədbirlərin yüksək səviyyədə təşkili ölkənin institusional imkanlarını, təşkilati çevikliyini və beynəlxalq standartlara uyğun fəaliyyət qabiliyyətini ortaya qoyur. Azərbaycan bu istiqamətdə yalnız iştirakçı deyil, eyni zamanda təşəbbüskar və nümunə göstərilən ölkə kimi çıxış edir.
2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası da xüsusi strateji əhəmiyyətə malik beynəlxalq tədbirlərdən biridir. Bu forumun Azərbaycanda təşkil olunması bir tərəfdən ölkəmizin şəhərsalma sahəsində qazandığı nailiyyətlərin beynəlxalq səviyyədə təqdimatına imkan yaradırsa, digər tərəfdən dayanıqlı urbanizasiya, müasir şəhər idarəçiliyi və inkişaf modelləri üzrə qlobal müzakirələrə mühüm töhfə verir. Forum günlərində dünya ictimaiyyətinin diqqətinin Bakıya yönəlməsi Azərbaycanın regional və qlobal əhəmiyyətini bir daha ön plana çıxaracaqdır.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın tarixi şəhərsalma ənənələrinə sadiqliyini, eyni zamanda müasir urbanistik yanaşmaları uğurla tətbiq etdiyini nümayiş etdirir. Tədbirin yüksək səviyyədə təşkili, xarici qonaqların qəbulu, logistika və təhlükəsizlik məsələlərinin peşəkar şəkildə icrası ölkənin beynəlxalq tədbir keçirmək sahəsində formalaşmış təcrübəsinin nəticəsi olacaqdır.
Forumdan sonra da Azərbaycanın ortaya qoyduğu təşkilati uğur və peşəkar yanaşma beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaq, bu isə ölkəmizin qlobal tədbirlərə ev sahibliyi edən aparıcı mərkəzlərdən biri kimi mövqeyini daha da möhkəmləndirəcəkdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB