“8-9 yanvar tarixlərindəki iğtişaşların başlanma səbəbi sosial-iqtisadi məsələlər olsa da, gedişat bunu təsdiq etmirdi. Çünki sivil etirazçıların əlində bu qədər silah olmur”.
SİA xəbər verir ki, bu sözləri İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq, parlament və xaricdə yaşayan iranlılarla işlər üzrə müavini Vəhid Cəlalzadə Bakıda mətbuat üçün keçirilən brifinqdə deyib.
V.Cəlalzadə bildirib ki, etirazçılar arasında həyatını itirənlərdən götürülən nümunələr göstərir ki, həmin güllələr İran İslam Respublikasının güc qüvvələrinin silahına aid deyil.
Bildirilib ki, iğtişaşlar zamanı 305 avtobus, 700 satış mərkəzi, 300 yaşayış binası, 750 bank, 414 dövlət binası 749 polis binası, 200 orta məktəb, 350 məscid, 15 kitabxana və 254 avtobus dayanacağı dağıdılıb.
İki gün ərzində 3117 nəfər şəhid olub. Hansı ki, onlardan 2427 nəfəri sıravi vətəndaşlar və polislər, 690 nəfəri isə terrorçular olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB