Yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycan Respublikasını təşkilata Təsisçi Üzv Dövlət olmağa dəvət edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SİA-ya bildirilib ki, Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək, Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Ölkəmizin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək.
Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB