Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA -ya verilən məlumata görə, faciənin 36-cı ildönümü ilə əlaqədar yanvarın 20-si saat 12:00-da Azərbaycan Ordusunun bütün qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələri, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Keçirilən tədbirlərdə çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu, bu qanlı hadisənin xalqımızın azadlıq iradəsini sarsıda bilmədiyini, əksinə, müstəqillik yolunda mübarizəni daha da gücləndirdiyini vurğulayıblar. Ümummilli Lider Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət haqqında ətraflı məlumat verilib.
Tədbirlər çərçivəsində Şəhidlər xiyabanları ziyarət olunub, mövzu ilə bağlı mühazirələr oxunub, sənədli filmlər nümayiş etdirilib, foto və kitab sərgiləri təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB