"Ümumiyyətlə, Prezident İlham Əliyevin Davosa çatması ilə görüşlərə başlaması müşahidə olunur". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu, nə təsadüfidir, nə də gözlənilməzdir. Çünki İlham Əliyev bu cür beynəlxalq platformalarda həqiqətən də arzu olunan liderlərdən biridir. O, hara getsə, sözün əsl mənasında, onunla görüşmək istəyənlər sıraya düzülür.
Biz artıq dünəndən müşahidə edirik ki, cənab Prezident Davosa çatan kimi çoxsaylı görüşlər keçirir. O cümlədən Dünya Səhiyyə Təşkilatının rəhbəri ilə görüş də baş tutub. Bildiyiniz kimi, xüsusilə COVID-19 dövründə Azərbaycan pandemiyaya qarşı mübarizədə qlobal miqyasda təşəbbüskar mövqe nümayiş etdirən dövlətlərdən biri olub və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməyi bacarıb.
Bu gün də Azərbaycan qlobal səviyyədə səhiyyə problemlərinin həllinə öz töhfəsini verməkdə davam edir. Məhz bu baxımdan Dünya Səhiyyə Təşkilatının rəhbəri ilə keçirilən görüş xüsusi olaraq dəyərləndirilməlidir. Bu görüş sadəcə sıradan bir diplomatik təmas deyil, dünyada səhiyyə sahəsində mövcud problemlərin həllində Azərbaycan dövlətinin və onun rəhbərliyinin dəstəyini təmin etməyə yönəlmiş mühüm bir addımdır.
Azərbaycan bu cür məsələlərdə təkcə açıq mövqe nümayiş etdirmir, eyni zamanda özü təşəbbüskar kimi çıxış edir və qlobal məsuliyyətini praktik addımlarla sübut edir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB