ABŞ senatoru: "Hazırda Qrenlandiya üçün təhlükəsizlik sahəsində təhdid yoxdur"

ABŞ və Danimarka arasında gərginliyin azaldılması üçün addımların atılması vacibdir.

SİA-nın "ABC News" telekanalına istinadən məlumatına görə, bunu ABŞ nümayəndə heyətinin rəhbəri, demokrat-senator Kris Kuns Kopenhagendə mətbuat konfransında bildirib.

ABŞ qanunvericilərindən ibarət qrup hazırda Qrenlandiya ətrafında gərginliyi azaltmaq məqsədi ilə Danimarkada səfərdədir.

"ABŞ üçün Danimarkadan daha yaxşı müttəfiq demək olar ki, yoxdur. Əgər biz danimarkalıların NATO müttəfiqi kimi etibarlılığımıza şübhə edəcəyi bir şey ediriksə, onda hər hansı başqa bir ölkə niyə bizim müttəfiqimiz olmağa can atmalı və ya bəyanatlarımıza inanmalıdır?", - o bildirib.

K.Kuns, Danimarka və ABŞ arasında vəziyyətin gərginliyinin azaldılmasına töhfə vermək istəyini ifadə edib.

Senator əlavə edib ki, onun fikrincə, hazırda Qrenlandiya üçün təhlükəsizlik sahəsində təhdid yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə