Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində tarixində ilk dəfə olaraq Liderlərin Zirvə Görüşü keçiriləcək.
SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" hesabındakı paylaşımda qeyd edib.
O bildirib ki, İsveçrənin paytaxtı Cenevrə şəhərindəki BMT-nin Ofisində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş brifinqdə 100-ə yaxın akkreditə olunmuş diplomatik missiya nümayəndələri ilə görüş keçirilib: "Vurğuladıq ki, "WUF13 Azerbaijan" hökumətlərin, şəhərlərin, beynəlxalq təşkilatların, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə həllərin formalaşdırılması üçün qlobal platforma rolunu oynayacaq. Bu isə mənzil və şəhərsalma sahələrinin inkişafı məsələlərinin ən yüksək siyasi səviyyədə liderlik tələb etdiyinə dair mövqeyimizi əks etdirir", deyə o bildirib.
A. Quliyev bütün ölkələri və beynəlxalq tərəfdaşları WUF13-də fəal iştirak etməyə dəvət edib: "Nümayəndə heyətlərini Bakıda qarşılamağı səbirsizliklə gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB