Ukrayna və Böyük Britaniya Kiyevdə cari il üçün müdafiə sahəsində əməkdaşlıq üzrə yol xəritəsi imzalayıb. Sənəddə Rusiyanın yeni hücumları fonunda hava hücumundan müdafiə, pilotsuz uçuş aparatları və aviasiya sahələrində birgə layihələr müəyyənləşdirilib.
SİA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal Teleqram hesabında məlumat verib.
“Bu gün Kiyevdə Böyük Britaniyanın müdafiə naziri Con Hili ilə birlikdə müdafiə sahəsində yüzillik tərəfdaşlığın inkişafına dair yol xəritəsini imzaladıq”, – deyə o yazıb.
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB