"Dəhliz Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və bu, həm regional, həm də qlobal inteqrasiya üçün yeni imkanlar yaradacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.
.jpg)
Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmiryolu 110.4km, Naxçıvan ərazisində dəmir yolu 188 km, Ermənistandan keçən hissə isə 43km-dir: "Məhz, bu hissə TRİPP adlanır. Sədərəkdən sonra marşrut layihəsinin Dilucu-Qars hissəsi 244 km təşkil edir. Regional və qlobal inteqrasiya üçün bu yolun Türkiyə ilə birləşdirilməsi çox əhəmiyyətlidir. Naxçıvandan Qars və İğdır istiqamətində qaz xətti də çəkilmişdir. Bu həm də, Türk dünyasının gücləndirilməsi baxımından rəmzi xarakter daşıyır. Mərkəzi Asiyadan Azərbaycana və Türkiyəyə uzanan bu yol Türk Dünyasının birlik vizyonuna çevriləcək.
Bu dəmiryolunun işə düşməsi ilə birbaşa Azərbaycanla Türkiyəni birləşdirən dəmiryolu olacaq. Beləliklə, Ələtdən başlayıb Qarsda bitəcək mükəmməl bir quru yolu olacaqdır ki, bu da Orta Dəhlizin imkanlarını genişləndirməyə xidmət edir. Dəhlizlə inteqrasiya olunmuş Ələt Azad İqtisadi Zonası investorlar üçün vergi və gömrük azadolmaları kimi xüsusi hüquqi rejim təklif edərək ixrac yönümlü istehsalı stimullaşdırır. Daha sürətli və daha qısa yolla həm yüklər, həm sərnişin daşına biləcək.
Zəngəzur dəhlizi Avropa və Asiyanı birləşdirən Orta Dəhliz üçün strateji alternativ təşkil edərək, Avrasiya regionunda yüklərin daha sürətli və səmərəli daşınmasını təmin edəcək. Bu marşrut həm də dövlətlər arasında qarşılıqlı etimadı və iqtisadi əlaqələriı artıraraq, bütün regionun rifahını artıracaq. Hazırda Orta Dəhlizlə yük daşımaları 15 milyon ton təşkil edir, ancaq bunun infrastuktura sərmayə qoyulması ilə, Zəngəzurun açılması ilə həcminin 2040-cı ilədək artırılması gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB