XİN Somalidəki son hadisələrlə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Somalidəki son hadisələrlə bağlı bəyanat yayıb.

Bu barədə SİA-ya XİN-dən məlumat verilib.

Bəyanatda bildirilib ki, Azərbaycan Respublikası Somali Federativ Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyan edir.

Somali Federativ Respublikasının “Somalilənd” regionunun tanınması beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə ziddir.

“Azərbaycan öz ərazisində, beynəlxalq hüquqa zidd olaraq, xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübə yaşayıb. Azərbaycan Respublikası bu prinsipləri və öz təcrübəsini rəhbər tutaraq, bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunub saxlanmasına qəti şəkildə sadiq qalır və beynəlxalq ictimaiyyəti məsuliyyətlə və beynəlxalq hüquq normalarına tam uyğun hərəkət etməyə çağırır”, - deyə bəyanatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə