"Son illərin statistikasına baxsaq, Avropa ölkələri — Almaniya, İsveç, İtaliya, Ərəb ölkələri, Cənubi Koreya, Mərakeş, Çin daxil olmaqla, vətəndaşlarımız üçün vizasız rejimin tətbiqi get-gedə genişlənməkdədir".
SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatında media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, hər bir viza rejiminin tətbiqi qarşılıqlı razılaşmalar əsasında həyata keçirilir:
“Diplomatik və xidməti pasportlarla bağlı danışırıqsa, orada say daha çoxdur və bu razılaşmaları əldə etmək daha asandır. Yalnız 2025-ci ildə diplomatik və xidməti pasport sahibləri üçün viza azadlığı 10-dan çox ölkə ilə əldə olunmuşdur”.
Ceyhun Bayramov əlavə edib ki, hazırda 5 ölkə ilə viza azadlığı rejimi tətbiq edilir və digər ölkələrlə vizaların sadələşdirilməsi üzrə danışıqlar davam edir:
“Əminəm ki, 2026-cı ildə də bu istiqamətdə tərəfdaş ölkələrin sayı artacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB