“Azərbaycanın irəli sürdüyü təşəbbüs beynəlxalq praktikaya tam uyğundur” - Ceyhun Bayramov
"Azərbaycanla digər dövlətlər arasında müxtəlif sahələr üzrə formalaşmış əməkdaşlıq təcrübələri mövcuddur və bu təcrübələr uzun illər ərzində inkişaf edib. Hazırda da bir çox istiqamətlərdə sıx əməkdaşlıq davam edir".
SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabatında media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, səsləndirilən təklif vaxtında irəli sürülmüş və olduqca vacib təşəbbüsdür:
“Belə bir təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi həm gündəlik məsələlərə, həm də dövlətlərin maraqlarına tam cavab verir”.
Ceyhun Bayramov qeyd edib ki, bu cür praktika artıq bir sıra ölkələrdə mövcuddur:
“Böyük Britaniya, türk dövlətləri, İsveçrə, Körfəz ölkələri, Misir, İtaliya və digər ölkələrdə bu mexanizmlər bəzən rəsmi, bəzən isə müşahidəçi statusu ilə tətbiq olunur”.
Nazir vurğulayıb ki, təşəbbüs açıq və şəffaf şəkildə reallaşdırılarsa, bu, həm hüquqi, həm də praktiki baxımdan ciddi nəticələr verə bilər:
“Bu baxımdan Böyük Britaniya tərəfindən hər hansı maneənin yaradılması üçün əsas yoxdur. Dövlətlər bu prosesə ciddi və şəffaf şəkildə hazırdır”.
O əlavə edib ki, yaxın dövrdə bu hüquqi çərçivədə zərərçəkmiş tərəflərlə də müvafiq əlaqələrin qurulması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB