“Azərbaycanın beynəlxalq təşkilatlarda irəli sürdüyü bütün namizədlər qələbə qazanıb” - Ceyhun Bayramov

“2025-ci ildə Azərbaycan tərəfindən beynəlxalq təşkilatlarda irəli sürülmüş 14 namizədliyin hər biri uğurla nəticələnib”.

SİA xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabatının təqdimatı zamanı deyib.

Nazir vurğulayıb ki, sözügedən nəticə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinin göstəricisidir:

“Bu uğurlar Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzu, etibarlı tərəfdaş imici və çoxtərəfli platformalarda fəal iştirakı ilə birbaşa bağlıdır”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə