“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025-ci ildə fəal şəkildə davam edib” - Nazir
“2025-ci ildə Azərbaycan tərəfindən göstərilən yardım və humanitar dəstək aktiv şəkildə davam etdirilib. Ukraynaya humanitar yardım və yenidənqurma məqsədilə göstərilən dəstəyin ümumi həcmi 75 milyon manat təşkil edib. Bu vəsaitin 44 milyon manatı artıq istifadə olunub”.
SİA xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabatının təqdimatı zamanı səsləndirib.
Nazir bildirib ki, Azərbaycan humanitar sahədə dəstəyini digər regionlarda da davam etdirib:
“2025-ci ildə Suriyaya 200 ton humanitar yardım göndərilib. Bununla yanaşı, ölkəmiz müxtəlif beynəlxalq platformalarda fəal iştirak edib ki, bu da Azərbaycanın mövqelərinin möhkəmlənməsinə və bir sıra infrastruktur layihələrinə dəstəyin verilməsinə imkan yaradıb”.
Ceyhun Bayramov Türkiyə ilə münasibətlərin inkişafına da toxunaraq qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq daha da gücləndirilib:
“Tarixi və mədəni bağlar möhkəmləndirilib, xalqlar arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri daha da inkişaf etdirilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB