"İki ölkə arasında münasibətlər qarşılıqlı iradə sayəsində daha da reallaşacaq" - ŞƏRH EDİLDİ
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın çox mühüm tərəfdaşlarından biridir. Bəlkə də ərəb dünyasında BƏƏ qədər Azərbaycanla geniş əlaqələrə malik ikinci bir ölkə yoxdur. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq çoxşaxəli və dinamik xarakter daşıyır. Demək olar ki, bu əməkdaşlığın əhatə etmədiyi əsas sahə yoxdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, xüsusilə də Azərbaycanda alternativ enerji mənbələrinin yaradılması və yaşıl enerji sahəsinin inkişaf etdirilməsi sahəsində Birləşmiş Ərəb Əmirliklərinin investisiyaları xüsusi əhəmiyyətə malikdir:
"Artıq işğaldan azad olunmuş bölgələrdə belə stansiyaların qurulması ilə bağlı da razılaşmalar əldə olunub. Bu sahədə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan iqtisadiyyatına böyük faydası dəyə bilər. Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın mühüm ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət əlaqələri sürətlə inkişaf edir. Xüsusilə də Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı əməkdaşlıq önəmli yer tutur. Bütün bunlarla yanaşı, iki ölkə rəhbərliyi arasında mövcud olan sıx və səmimi münasibətlər əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümid yaradır. Elə bir məsələ yoxdur ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri rəhbərləri onunla bağlı razılığa gələ bilməsinlər. Eyni zamanda, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri beynəlxalq platformalarda da özünü göstərir. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, BMT kimi qurumlarda Əmirliklər Azərbaycanın əhəmiyyətli müttəfiqlərindən biridir. Bütün bu amillər göstərir ki, iki ölkə arasında münasibətlərin böyük gələcəyi var və mövcud potensial qarşılıqlı iradə sayəsində daha da reallaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB