“Avropa İttifaqı ilə Ermənistan Cənubi Qafqazda sülhə qarşı sanki birgə addımlar atırlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış son sənəddə həm TRİPP marşrutu haqqında heç bir söz keçmir, həm də Avropa İttifaqının Ermənistanda olan EUMA missiyasının müddətini uzatmaq, beləliklə Azərbaycan ilə Ermənistan arasında sülhün pozulması şərtilə Avropa İttifaqının maraqlarını qalıcı etmək əsas niyyət kimi özünü göstərir:
“Bu da tamamilə qəbul olunmazdır. Hesab edirəm ki, məhz bu xüsusda Avropa parlamentində Azərbaycana qarşı dinləmələr keçirilir və sülh prosesinə xələl gətirir. Bu təxribatın qarşısı mütləq alınmalıdır. Çünki Avropa parlamenti hər zaman korrupsiya yuvası kimi ad çıxardıb. Avropa parlamentində olan rüşvət qalmaqalları hələ də genişlənir. Avropa parlamenti torpaqlarımızın işğal olduğu dövrdə Azərbaycanın heç də ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən ifadələr işlətmirdi. Bu da qərəzli münasibətin, ikili yanaşmanın göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB