"2025-ci ildə beynəlxalq aləmdə baş verən ən mühüm hadisələr sırasında, təəssüflə qeyd etməliyik ki, müharibə ritorikasının artmasının daha çox şahidi olduq". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsində tərəflərin sülhə hələ də yaxınlaşmaması və qanlı savaşın davam etməsi bu ilin ən ağır mövzularından biri oldu: "Bildiyiniz kimi, bu il - 1979-cu il inqilabından sonra ilk dəfə olaraq İsrail və İran arasında baş verən 12 günlük müharibənin sonunda ABŞ İran ərazisini bombaladı.
Daha sonra Hindistan və Pakistan arasında da qısa müddətli müharibə yaşandı. Uzaq Şərqdə Taylandla Kamboca arasında hərbi qarşıdurma yenidən aktiv müharibə fazasına keçdi və bu gün də davam edir. Son dövrlərin ən ciddi və həyəcanla izlənilən hadisələrindən biri də ABŞ-ın Venesuelaya qarşı apardığı son dərəcə aktiv hərbi və psixoloji müharibədir. Bu proses də müharibə risklərini hər keçən gün daha da artırır.
Bütün bu hadisələrin fonunda, 2025-ci ildə yadda qalan digər mühüm hadisələr də baş verdi. Afrikada keçirilən G20 sammiti və Braziliyada baş tutan BRICS sammiti bu baxımdan diqqətəlayiq oldu. Həmçinin, hakimiyyətə yenidən qayıtdıqdan sonra ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada baş tutan görüşü xüsusi qeyd olunmalıdır.
Bu görüşün əhəmiyyəti onunla bağlı idi ki, dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsinin yekunlaşacağına dair ciddi gözləntilər mövcud idi. Lakin təəssüflər olsun ki, görüş nəticəsiz başa çatdı. 2025-ci ildə NATO-nun zirvə toplantısında da Rusiya ilə qarşıdurmanın daha da artacağına işarə edən qərarlar qəbul olundu. Alyans üzvü olan ölkələr hərbi hazırlıqların artırılması ilə bağlı razılığa gəldi. 2025-ci il daha çox hərbi risklərin və təhdidlərin artması ilə yadda qalan, son dərəcə gərgin bir il kimi tarixə düşdü".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB