"Azərbaycan müasir Azərbaycanın əhatə etdiyi ərazilərdən daha böyükdür" - DEPUTAT DANIŞDI
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli kimliyinin, tarixi yaddaşının və qlobal miqyasda birliyinin rəmzidir. Bu əlamətdar gün dünyanın bütün ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid məqsəd, ortaq dəyərlər və Vətən sevgisi ətrafında birləşdirən ali dəyərdir". Bu sözləri SİA-ya açıqlamasında Millət vəkili, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Onun sözlərinə görə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndər Heydər Əliyevin ideyalarından qaynaqlanan milli həmrəylik fəlsəfəsinin təntənəsidir.
"Məhz bu ideya Azərbaycan diasporunun formalaşmasına, güclənməsinə və beynəlxalq müstəvidə təşkilatlanmasına möhkəm zəmin yaradıb. Möhtərəm Cənab Prezident İlham Əliyevin diaspor quruculuğuna verdiyi xüsusi önəm nəticəsində xaricdə yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli maraqlarımızın müdafiəsində fəal mövqe nümayiş etdirirlər.
Xüsusilə, Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər bir daha sübut etdi ki, Azərbaycan xalqı harada yaşamasından asılı olmayaraq, Vətənin taleyüklü məqamlarında yekdil mövqe sərgiləməyi bacarır. Həmrəyliyimiz ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli maraqlarının qorunmasında mühüm amilə çevrilib.
Möhtərəm Cənab Prezident İlham Əliyev bütün formalaşan geosiyasi konfiqurasiyadan aslı olmayaraq birmənalı olaraq hər bir azərbaycanlının haqlarını, hüquqlarını müdafiə etməkdə prinsipiallıq, qətiyyətlilik nümayiş etdirir. Biz bu reallığın fərqindəyik ki, Azərbaycan müasir Azərbaycanın əhatə etdiyi ərazilərdən daha böyükdür və bizimlə həmrəy olan soydaşlarımız bu dəyəri qoruyub saxlayır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gələcək nəsillərə ötürülən milli məsuliyyət çağırışıdır. Birliyimiz, mənəvi bağımız bizi daha güclü, daha dayanıqlı və daha qürurlu edir.
Bu əlamətdar gün münasibətilə dünya Azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, birlik və həmrəylik yolunda uğurlar diləyirəm.
Qoy Azərbaycan hər zaman birliyin, gücün və qürurun simvolu olsun" !
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB