Nazirlər Kabineti hava limanlarında mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edib.
SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”na yeni vəzifələr əlavə olunub.
Siyahının 13-cü hissəsinə “Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi” ifadəsindən sonra “Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi və onun müavini” sözləri daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB