Maliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

Maliyyə Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Nazirlikdən SİA-ya bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Azərbaycanda milli dövlət quruculuğunda, cəmiyyət və dövlətin bütün sahələrində qazanılan nailiyyətlər Ulu Öndərin adı ilə bağlıdır. Məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının və maliyyə sisteminin davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük sevgi və ehtiramla yad ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə