"Azərbaycan–Slovakiya arasında strateji əməkdaşlığın qurulması Azərbaycanın dövlət və milli maraqlarına cavab verir". Bu sözləri SİA-ya açıqlamasında ƏHD Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, biz istər Avropa ölkələri ilə, istərsə də Asiya ilə hər zaman ikitərəfli əməkdaşlığın, qarşılıqlı münasibətlərin inkişafında maraqlıyıq: "Hətta bəzi hallarda, bir sıra hallarda biz Afrika qitəsinə də aid olan ölkələrlə Azərbaycanın ikitərəfli əməkdaşlığını görürük. Bu, qeyd etdiyim kimi, Azərbaycanın strateji maraqlarına cavab verir və cənab Prezidentin də Slovakiya səfəri bu aspektdən qəbul edilməlidir. Bu, Azərbaycanın bütün mənalarda maraqlarına cavab verir. Yəni, bizim Cənubi Qafqazda Azərbaycanın ən güclü və qüdrətli dövlət olmasını bir daha nümayiş etdirir. Biz həm Avropanın, həm də Qərbi Avropanın əsasən ölkələri ilə əlaqələrin qurulmasını məqbul hesab edirik və burada da həm iqtisadi mənada, həm siyasi, həm də digər mənalarda Azərbaycan üçün bu əhəmiyyətli bir səfərdir. Biz də bunu bu cür qiymətləndiririk ki, Prezidentin qeyd etdiyimiz kimi Slovakiyaya rəsmi səfəri bu cür qəbul olunmalıdır. Bu səfərdə qeyd olunan müqavilələr əsasında – burada bilirsiniz ki, həm iqtisadi, siyasi, mədəni və digər əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur.
Yəni, bir daha qeyd etmək istəyirəm ki, bu səfər Azərbaycanın bütün mənalarda dövlət və milli maraqlarına xidmət edən bir səfərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB