Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri dünya mediası tərəfindən geniş işıqlandırılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Slovakiyanın aparıcı media orqanları – TASR xəbər agentliyi, “TA3” telekanalı, “Dennik“, “Slovak Spectator“, “Hospodarske noviny” qəzetləri və digər mətbu orqanları rəsmi səfər, keçirilən görüşlər və imzalanan sənədlərlə bağlı xəbərlər yayıblar. Qeyd edilib ki, səfər zamanı keçirilən yüksəksəviyyəli görüşlər və imzalanan sənədlər Azərbaycan–Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində mühüm addım kimi qiymətləndirilir.
Vurğulanıb ki, Slovakiya Prezidenti Peter Pelleqrini və Baş nazir Robert Fitso ilə danışıqlar dostluq və qarşılıqlı hörmət ruhunda keçib. Prezident Pelleqrini diqqətə çatdırıb ki, Slovakiya Azərbaycanı dost ölkə hesab edir və onu regionun strateji oyunçusu kimi qəbul edir. Prezident İlham Əliyev isə iki ölkə arasında əməkdaşlığın çoxşaxəli potensialını vurğulayıb və Slovakiya ilə münasibətlərin qarşılıqlı maraqlara əsaslandığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB