Qaçırılan ukraynalı uşaqların geri qaytarılması xahiş olundu FOTO

Dekabrın 9-da Papa XIV Leo Ukrayna prezidentini Kastel Qandolfodakı iqamətgahında auditoriya qarşısında qəbul edib. Ukraynadakı müharibəyə həsr olunmuş söhbət zamanı papa hərbi əməliyyatlara son qoymaq üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin "hazırda həyata keçirilən diplomatik təşəbbüslərin ədalətli və davamlı sülhə gətirib çıxaracağına" ümid etdiyini bildirib.

Papa XIV Leo ilə görüşündə Prezident Volodimir Zelenski Ukraynadakı müharibəyə son qoymaq üçün diplomatik səyləri, hərbi əsirlər məsələsini və Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqların geri qaytarılmasını müzakirə etdi.

Bundan əlavə, Zelenski və Papa hərbi əsirlər məsələsini və Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqların ailələrinə qaytarılmasının təmin edilməsinin vacibliyini müzakirə ediblər.

V.Zelenskinin İtaliya Baş naziri Giorgia Meloni ilə ikitərəfli görüşü planlaşdırılır. Xatırladaq ki, Zelenskinin diplomatik turu Ukrayna və ABŞ nümayəndələri arasında "sülh sazişi" ilə bağlı bir sıra görüşlərdən sonra baş tutacaq.

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə