“Türk dünyasının əhalisi 175 milyona, ərazisi isə 4,5 milyon km²-ə çatır” - TDT Baş katibi
“Türk Dövlətləri Təşkilatı ortaq tarixə, mədəniyyətə və sülh və rifaha dair ortaq arzulara sahib olan xalqları birləşdirir. Bu gün Türk dünyası 175 milyon əhalini əhatə edir və 4,5 milyon kvadrat kilometr əraziyə yayılıb”. SİA xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev qurumun əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında çıxışı zamanı deyib.
Baş katib bildirib ki, təşkilat böyük iqtisadi potensiala malikdir və üzv dövlətlər arasında əməkdaşlıq ilbəil genişlənir.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB