"Müdafiə sahəsində əməkdaşlıq Azərbaycanın strateji imkanlarını gücləndirir" -MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker ilə görüşündə vurğulanan məsələlər göstərir ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq artıq klassik diplomatik dialoqdan praktik hərbi-texniki tərəfdaşlıq mərhələsinə keçib. Bu əməkdaşlıq Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından bir sıra önəmli istiqamətləri əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, yüksək texnologiyalı kəşfiyyat və müşahidə sistemləri qeyd olunur: "Böyük Britaniyanın dronlar, radar sistemləri və optik-elektron avadanlıqlar üzrə qabaqcıl təcrübəsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və ordunun situasiya məlumatlandırma imkanlarını artırır. İkinci önəmli sahə elektron müharibə və radioelektron mübarizə texnologiyalarıdır. Müasir döyüş şəraitində üstünlük elektron mühitə nəzarətdən keçir, buna görə Britaniya ilə əməkdaşlıq Azərbaycanın müdafiə sistemlərində elektron mübarizə imkanlarını genişləndirə bilər. Üçüncü istiqamət isə hərbi təlim və ixtisaslaşmış kadr hazırlığıdır. Əməkdaşlıq çərçivəsində hər iki tərəf bir-birinin təcrübəsindən istifadə edərək peşəkar hərbi heyətin hazırlığını gücləndirə və hərbi əməliyyatların idarə olunması sahəsində bilik mübadiləsi həyata keçirə bilər. Bundan əlavə, silah və hərbi texnika tədarükü ilə bağlı birgə layihələr ordunun döyüş qabiliyyətini artırmaq və strateji müstəvidə çevik reaksiya imkanlarını genişləndirmək baxımından əhəmiyyətlidir. Bu əməkdaşlıq qarşılıqlı etimada əsaslanır və hər iki ölkə üçün strateji fayda gətirir. Azərbaycan üçün önəmli tərəfi isə müdafiə sənayesində modernləşmə və yüksək texnologiyalı sistemlərin ölkəyə transferi, habelə regional təhlükəsizlik və dayanıqlılığın gücləndirilməsidir. Eyni zamanda, bu əməkdaşlıq ölkələrimiz arasında diplomatik əlaqələrin və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Ümumiyyətlə, cənab Prezident İlham Əliyev ilə Lord Vernon Koakerin görüşündə müzakirə olunan müdafiə sahəsində əməkdaşlıq Azərbaycanın müdafiə potensialının artırılması və regionda təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB