'Rusiyanın Zəngəzurda, yəni Zəngəzur üzərindəki nəzarəti və fəaliyyəti əvvəlkindən daha zəifləmişdir. Çünki Rusiyanın nüfuzu getdikcə azalır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, Ukrayna ilə müharibə və Çinlə münasibətlərdə də zəifləmə müşahidə olunur: "Bu isə artıq Zəngəzur dəhlizində Rusiyanın Amerikaya nisbətən rolunu və gücünü azaldır.
Birincisi, Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçir və Ermənistan, biz görürük ki, Çinlə yaxın əlaqələrdə olsa da, Rusiyanın siyasi, hərbi və diplomatik varlığını qəbul etmək istəmir. Ermənistan bu məsələdə ikili oyun oynayır — həm uzaqlaşır, həm də tam ayrı durmur. Buna görə də bu gün Zəngəzur dəhlizində Rusiyanın birbaşa nəzarəti sual altındadır.
Mümkündür ki, oradakı logistika və yol çəkilişi məsələlərində Rusiya ilə məsləhətləşmələr aparılsın, ancaq Rusiyanın hərbi nəzarətini təmin etmək çətindir. Üstəlik, Azərbaycan da buna tam razılıq vermir. Azərbaycan və Ermənistan bu məsələdə demək olar ki, eyni fikirdədir. Rusiyanın nəzarət gücü azalır və yaxın gələcəkdə demək olar ki, yox səviyyəsinə enə bilər.
İranın da vəziyyəti oxşardır. Lakin Tramp dəhlizindən və nəzarətdən İranın rolu müəyyən olunmur, çünki bu məsələ hər iki dövlət tərəfindən qəbul edilmir. Buradakı əsas aktor Amerika və onun sanksiyalarıdır. Həmçinin İran Türkiyə–Azərbaycan tandemini və Türkiyənin gücünü burada görmək istəmir. Ona görə də bu yolu özünə təhdid kimi qəbul edir. Buna görə də İranın burada nəzarət mexanizmi və iştirakı mümkün deyil, ancaq sərhəd ölkəsi kimi bəzi məsələlərdə masada oturması mümkündür.
Trampın yolunun Amerika tərəfindən nəzarətinə gəlincə, burada Amerikanın iştirakı digər ölkələrdən daha fərqlidir və daha yüksəkdir. Məncə, Amerika birbaşa öz əsgərləri ilə yox, NATO-nun tərkibində olan Türkiyə əsgərlərinin varlığını dəstəkləyəcək. Beləcə, Türkiyə əsgərlərinin və Azərbaycan–Ermənistan əsgərlərinin birgə nəzarəti onlar üçün daha məqsədəuyğun olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB