Milli Məclisin növbəti plenar iclası keçirilir. SİA xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib.
İclasda hökumətlərarası sazişlərin təsdiqi, qanunvericilik aktlarına dəyişikliklərin müzakirəsi, eləcə də bir sıra qanun layihələrinin ikinci və birinci oxunuşda baxılması nəzərdə tutulur.
Gündəliyə daxil edilən məsələlər arasında aşağıdakılar var:
1. Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Sazişin təsdiqi barədə qanun layihəsi.
2. Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişin təsdiqi barədə qanun layihəsi.
3. Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Sazişin təsdiqi barədə qanun layihəsi.
4. Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Sazişin təsdiqi barədə qanun layihəsi.
5. Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Sazişin təsdiqi barədə qanun layihəsi.
6. Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişin təsdiqi barədə qanun layihəsi.
7. Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Sazişin təsdiqi barədə qanun layihəsi.
8. Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Sazişin təsdiqi barədə qanun layihəsi.
9. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi.
10. Mülki Məcəllə, Ticarət Gəmiçiliyi Məcəlləsi, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi.
11. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi.
12. “Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi.
13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi.
14. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB