“Bu müharibə qlobal miqyasda çox böyük problemlərə səbəb olacaq” - ŞƏRH EDİLDİ
“Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra həll variantları irəli sürülür, amma öncədən qeyd edim ki, bu həll variantları Ukraynaya qarşıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Ukrayna bu təklif olunan layihəni qəbul etsə, müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi əldən vermək kimi çox çətin bir duruma düşəcək:
”Çünki ABŞ-ın Rusiyayla birlikdə təklif etdiyi 28 maddəlik həll variantı birbaşa Ukraynaya qarşı yönəlib. Eyni zamanda Avropa İttifaqı da bu təkliflərə cavab olaraq öz mövqeyini ortaya qoyub.
Ukraynanın bu təklifləri qəbul etməsi Avropanın təhlükəsizliyi üçün də ciddi təhlükələr yarada bilər. ABŞ Prezidentinin bu məsələdə fikri isə çox qətidir. Bu da vəziyyəti gərginləşdirən əsas məqamlardan biridir. Donald Tramp yalnız dövlət maraqları prizmasından məsələlərə yanaşır və bu da, əlbəttə ki, Avropanın təhlükəsizlik məsələlərinin daha da qabarmasına səbəb olur. Avropa düşünür ki, Ukrayna ərazisində mövcud təkliflər əsasında müharibə bitsə belə, bu, Avropanın gələcəyini sual altına qoya bilər. Ona görə də Avropa liderləri təhlükə hiss etdikləri üçün Ukraynanı dəstəkləyirlər və ABŞ prezidentinə qarşı çıxırlar. Eyni zamanda hesab edirəm ki, Ukrayna xalqı da hakimiyyətin bu ərazi güzəştləri hesabına sülh planını qəbul etməyəcək. Amma bu uzanan və tükəndirici müharibə qlobal miqyasda çox böyük problemlərə və nəticələrə gətirib çıxardacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB