“Sülh Körpüsü təşəbbüsü regionda davamlı sülhün sosial əsaslarını möhkəmləndirir” - ŞƏRH
"Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri, Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra formalaşan yeni siyasi reallıq fonunda diqqətçəkən hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, bu təmaslar göstərir ki, regionda xarici vasitəçilər olmadan, tərəflərin birbaşa dialoqu əsasında yeni bir qarşılıqlı fəaliyyət modeli formalaşmağa başlayır: "Bu kimi addımların Azərbaycan tərəfindən təşəbbüs edilməsi onu göstərir ki, sülh gündəliyi artıq deklarativ deyil, dövlət siyasətinin praktiki elementi halına gəlib. Şübhəisz ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Bakıda keçirdikləri görüş, regionda davamlı sülhün formalaşmasına öz töhfələrini verə bilər. Bu təşəbbüs, rəsmi diplomatik kanallardan fərqli olaraq, daha çevik, sosial və humanitar məsələlərə fokuslanan platforma təqdim edir.
Ümumiyyətlə isə vətəndaş cəmiyyəti diplomatiyası həm sosial, həm də siyasi səviyyədə əhəmiyyətlidir. Sosial baxımdan belə görüşlər, qarşılıqlı stereotiplərin və etimadsızlığın azalmasına, həmçinin insanların gündəlik həyatında bir-birinə dair real təsəvvür formalaşmasına imkan yaradır. Bakı görüşündə əldə olunan razılaşmaların praktiki nəticələrə çevrilməsi regionda insanlar arasında uzunmüddətli sülhün sosial əsaslarını möhkəmləndirmək baxımından önəmli ola bilər.
Siyasi baxımdan isə vətəndaş cəmiyyəti dialoqu rəsmi danışıqlara əlavə dəstəyi təmin edir deyə bilərik. Rəsmi kanallar adətən dövlət maraqları və sərhəd məsələlərinə fokuslanır, lakin vətəndaş cəmiyyəti görüşləri sosial və humanitar problemləri də gündəmə gətirir. Bu, rəsmi tərəflərə qərar qəbulunda daha geniş perspektiv təqdim etməklə yanaşı, rəsmi diplomatiyaya da əlavə legitimlik qazandıra bilər.
Eyni zamanda, vətəndaş cəmiyyəti təşəbbüslərinin ictimai dəstək və kommunikasiya vasitəsi kimi çıxış etdiyini də nəzərdə saxlamaq lazımdır. dir. Əgər insanlar arasında qarşılıqlı anlaşma və əməkdaşlıq real nəticələr verirsə və bu medianın diqqətinə çatdırılırsa, bu, hökumətlər üçün siyasi təzyiq və təşəbbüs üçün əlavə motivasiya yaradır. Bu baxımdan Bakı görüşündə əldə olunan razılaşmalar yalnız humanitar çərçivədə deyil, həm də rəsmi diplomatik prosesi dəstəkləyən platforma kimi qiymətləndirilə bilər. Nəticə olaraq, “Sülh Körpüsü” təşəbbüsünü regionda davamlı sülh üçün müsbət bir element olaraq dəyərləndirə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB