"Azərbaycan–Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı yekun və dəqiq tarix vermək indiki məqamda çox çətindir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, sülhün bağlanması üçün zəruri olan bir çox şərtlər yerinə yetirilsə də, əsas bir neçə şərt var ki, onlar hələ yerinə yetirilməyib: "Bu şərtlərin başında isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi durur. Həmçinin Ermənistanda şovinist ideologiyanın sıradan çıxmaması təhlükəsi də hələ öz aktuallığını qoruyur.
Xüsusilə, anti-Paşinyan qüvvələrinin yenidən fəallaşması və onların xalqın genetik yaddaşını təzələyərək anti-türk, anti-Azərbaycan tezislərini qabartması, təbii ki, Azərbaycan dövləti tərəfindən hesablanmış və gələcəkdə Qafqazda sülhü təmin etmək istiqamətində atılan addımlara bir təhdid kimi qiymətləndirilir
Düzdür, sülh paraflanıb, mətn Paşinyan hakimiyyəti ilə razılaşdırılıb, regional əməkdaşlıq və xüsusilə tranzit məsələlərində ortaq mövqe formalaşıb. Amma biz eyni zamanda Paşinyana qarşı olan qüvvələrin nə qədər uğurlu və ya uğursuz olacağını da nəzərə almalıyıq.
Sülh müqaviləsinin imzalanması üçün Ermənistan dövləti, təkcə Paşinyan hakimiyyəti yox, bütövlükdə dövlət olaraq məsuliyyət daşımalıdır. Ermənistan Konstitusiyası dəyişdirilməli, anti-Azərbaycan və ərazi iddiaları oradan çıxarılmalıdır.
Bu dəyişiklikləri Paşinyan hakimiyyəti bacaracaqmı? Bacaracaqsa, nə zaman? Sülh yalnız bu dəyişikliklər baş verdikdən və anti-Azərbaycan, anti-türk, anti-Paşinyan qüvvələr növbəti dəfə məğlub olduqdan sonra mümkün olacaq.
Əgər nəzərə alsaq ki, Ermənistanda növbəti seçkilər 2026-cı ildədir, o zaman demək olar ki, sülh müqaviləsi ən azı həmin müddətə qədər imzalanmayacaq. Çünki bu müddət ərzində Konstitusiya dəyişdirilə bilməz. Seçkilərdən bir il və ya iki il sonra, əgər Paşinyan hakimiyyəti davam edərsə və anti-Paşinyan qüvvələr hakimiyyəti ələ keçirməzsə, o zaman Konstitusiya dəyişikliyi gündəmə gələ bilər. Bu baş verdikdən sonra Azərbaycan da Ermənistanın yeni hüquqi reallığını nəzərə alaraq prosesin necə davam edəcəyinə qərar verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB