"Son günlərdə işğaldan azad olunmuş ərazilərimizdə minanın partlaması nəticəsində vətəndaşlarımızın həyatının yenidən təhlükə altına düşməsi erməni terrorunun bu gün də davam etdiyinin sübutudur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, hazırda biz postmüharibə dövrünü yaşayırıq və bu dövrün əsas çağırışlarından biri də müharibə zamanı militarizasiya edilmiş ərazilərimizin minalardan təmizlənməsidir: "Hazırda Azərbaycanın mina təmizləyənləri çox yüksək qiymətləndirilir. Biz onların mediada gündəlik hesabatlarını, aylıq hesabatlarını, milli ruhda fəaliyyətlərini izləyirik.
Amma nəzərə almaq lazımdır ki, minalanmış ərazilərimizin miqyası çox böyükdür və bu, çox zaman tələb edəcək. Ona görə də hesab edirəm ki, bir qədər də vətəndaş məsuliyyəti bu işə kömək edə bilər. Həmçinin mina təmizləyən mütəxəssislərimiz, ANAMA-nın peşəkar əməkdaşları vətəndaşların diqqəti və həssaslığı nəticəsində daha uğurlu fəaliyyət göstərə bilərlər.
Bu günə qədər ANAMA çox böyük işlər görüb və bu proseslər davam edir. Biz əminik ki, qalib Azərbaycan nəticədə mina və partlamamış sursatlarla çirklənmiş ərazilərini son qarışına qədər təmizləyəcək və Azərbaycan vətəndaşlarının təhlükəsizliyini daim təmin edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB