Azərbaycan MN Türkiyəyə başsağlığı verib

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı verib. SİA xəbər verir ki, bununla bağlı MN-nin Teleqram hesabında paylaşım edilib.

"Başın sağ olsun, Türkiyə! Sizin acınız, bizim acımızdır! Allah rəhmət eləsin!", paylaşımda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə