Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

"general-leytenant" ali hərbi rütbəsi

general-mayor Kənan Əlihüseyn oğlu Seyidova

general-mayor Ağamir Əzizxan oğlu Sultanova

"general-mayor" ali hərbi rütbəsi

polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə

polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə

polkovnik Anar Tofiq oğlu Hüseynova

polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova

"kontr-admiral" ali hərbi rütbəsi

1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova".

Bütün xəbərlər Facebook səhifəmizdə