Azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilməkdədir - Vahid Hacıyev
Hər kəs Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin, aparılan bərpa və quruculuq işlərinin əyani şahididir. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilməkdədir. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" mövzusunda keçirilən konfransda deyib.
“İşğal dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur. Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik və su xətləri çəkilir. Məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıdırlar. Bu proses təkcə fiziki bərpa deyil, qanunun, ədalətin və suverenliyin təcəssümüdür”, - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB