“Azərbaycan və Türkiyə təkcə qardaş deyil, eyni taleyi və gələcəyi bölüşən iki dövlətdir” - Mustafa Destici
“Biz geniş bir heyətlə beş günlük səfər çərçivəsində Yeni Azərbaycan Partiyasının dəvəti ilə Bakıya gəlmişik. Bu münasibətlə, başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqova və partiya rəhbərliyinə göstərdikləri yüksək diqqət və qonaqpərvərlik üçün dərin təşəkkürümüzü bildiririk". SİA xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici deyib.
BBP sədri bildirib ki, səfər çərçivəsində Yeni Azərbaycan Partiyasında, Azərbaycan Milli Məclisində və müxtəlif dövlət qurumları ilə geniş görüşlər keçirilib: “Yeni Azərbaycan Partiyasını ziyarət etdik və burada qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi, səfərlərin davam etdirilməsi barədə razılığa gəldik. Həmçinin Milli Məclisdə Türkiyə–Azərbaycan Dostluq Qrupunun üzvləri ilə çox səmərəli görüşümüz oldu".
Destici səfərinin Qarabağ bölgəsinə olan hissəsini xüsusilə vurğulayıb: “Əvvəlcə Ağdama, sonra Xankəndiyə və Şuşaya səfər etdik. Ağdamda yeni şəhərin necə sürətlə və məqsədyönlü şəkildə qurulduğunun şahidi olduq. Xocalı soyqırımı memorialında şəhidlərimizin xatirəsini ehtiramla yad etdik. Şuşada isə aparılan bərpa və dirçəliş bizi qürurlandırdı. Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının simvoludur".
BBP sədri Qarabağ Zəfərinin Türk dünyası üçün tarixi dönüş nöqtəsi olduğunu qeyd edib: “Azərbaycan Ordusunun əldə etdiyi qələbə Azərbaycan xalqının iradəsinin, liderlik və birlik gücünün nəticəsidir. Bu münasibətlə cənab Prezident İlham Əliyevi, qəhrəman Azərbaycan əsgər və zabitlərini və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Türkiyə bu qələbəyə töhfə vermiş olmaqdan böyük qürur duyur".
O, həmçinin Türkiyə və Azərbaycanın birgə gələcək perspektivlərindən danışıb: “Şuşa Bəyannaməsi təkcə siyasi sənəd deyil, strateji ittifaqın gələcək yol xəritəsidir. Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ilə Türk dünyasının qlobal gücə çevrilməsi istiqamətində mühüm nəticələr əldə edilir. Bu prosesdə hər iki ölkə liderinin iradəsi həlledici rol oynayır".
Mustafa Destici çıxışının sonunda Azərbaycan ictimaiyyətinə xüsusi təşəkkürünü ifadə edib: “Bakı bu gün artıq dünya paytaxtları səviyyəsində möhtəşəm bir şəhərdir. Görülən işlər, aparılan inkişaf siyasəti bizi sevindirir və qürurlandırır. Buradan bir daha Azərbaycan xalqına sevgi, ehtiram və qardaşlıq salamlarımı çatdırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB